Bakıda yaşayış binası yandı: 15 sakin təxliyə edildi

Bakıda yaşayış binası yandı:


Bakının Sabunçu rayonunda beşmərtəbəli binada yanğın baş verib. Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib, 15 nəfər bina sakini isə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...