Cahangir Hacıyevin daha bir şikayəti rədd edildi

Cahangir Hacıyevin daha bir şikayəti rədd edildi


Bu gün Nərimanov rayon məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasının qanunsuz olması barədə verdiyi şikayətə baxılıb.

Trend-in məlumatına görə, hakim Kamil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
Qeyd edək ki, C.Hacıyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilsə də, o, 1 saylı Bakı İstintaq təcridxanasına köçürülməyib və hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 178 (dələduzluq), 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (mənimsəmə və ya israf etmə), 179.2.3 (mənimsəmə və ya israf etmə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə; külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (vəzifə səlahiyyətlərini aşma) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...