"Təmiz Binəqədi"də "yaşıl soyqırım" FOTOLAR

"Təmiz Binəqədi"də "yaşıl soyqırım"

Biləcəri qəsəbəsində bir günün içində 8 ağacı kəsiblər

5 gün öncə Binəqədi rayon Biləcəri qəsəbəsi Qalib Süleymanov küçəsi, 1 saylı Yol İstismar İdarəsinin qarşısında 8 ağac kəsilib. Hadisə şahidləri qeyd edirlər ki, ağacların kəsilməsində 1 saylı Yol İstismar İdarəsinin işçiləri ilə birlikdə Biləcəri icra nümayəndəliyinin işçiləri iştirak ediblər.

Hadisə 13-14 mayda səhər saat 6:00 radələrində baş verib. Göndərilən məlumatda qeyd olunur ki, “mayın 13-də tezdən saat 6 da 2 böyük ağac kəsdilər və bir saatın içində kəsilmiş ağacları yük avtomobillərinə yığıb apardılar”. Sabahkı gün isə mayın 14-də daha 6 ağac kəsilib ki, həmin ağacları ilk kəsilənlərdən kiçik olub.

Məsələ ilə bağlı ərazidə olan əməkdaşımızın apardığı araşdırmada məlum olub ki, həqiqətən Biləcəri qəsəbəsi 1 saylı Yol İstismar İdarəsinin qarşısında bir neçə ağac kəsilib. Sakinlərlə söhbətdə bildiriblər ki, burada 2 böyük 6 kiçik ağac kəsilib. Ağacların kəsilmə səbəbi isə 1 saylı Yol istismar İdarəsinin qarşısındakı yola bardur düzülməsidir. Ancaq maraqlıdır ki, düzülən bardurlara kəsilən ağacların hər hansı bir manieçiliyi olmayıb.

Görünür Biləcəri icra nümayəndəliyi ilə 1 saylı Yol İstismar İdarəsinin işçiləri 8 ağacın onlara mane olacağını düşünüblər. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dəfələrlə icra hakimiyyətlərinə, iş adamlarına xəbərdarlıq edərək paytxatda və rayon ərazilərindəki ağacların kəsilməməsi ilə bağlı göstərişlər verib. Amma görünən odur ki, Binəqədi icra hakimiyyətinin Biləcəri icra nümayəndəliyi bu tapşırıqlara məhəl qoymaq fikrində deyil. Bizi məlumatlandıran mənbənin bildirdiyinə görə baş verən ağac qətliamı ilə bağlı rayon icra başçısı Xaləddin İsgəndərovun xəbəri yoxdur. (azfakt.com)

"Təmiz Binəqədi"də "yaşıl soyqırım"
"Təmiz Binəqədi"də "yaşıl soyqırım"
"Təmiz Binəqədi"də "yaşıl soyqırım"


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...