“Bakı Metropoliteni” Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) H.Aslanov stansiyasının dalan yollarında korroziyaya uğramış yük daşıyıcı konstruksiyaların bərpası işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi Avro-Asiya İnşaat Korpoasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 31 677 740,95 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, Avro-Asiya İnşaat Korpoasiyası “Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfədniyeviçdir.
“Evrascon” MMC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Abid Şərifov isə bu barədə mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib.
Qeyd edək ki, Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.
564 dəfə oxundu