İcra Hakimiyyətinin yarım milyonluq tenderində maxinasiya – Dövlət Xidməti hərəkətə keçdi

İcra Hakimiyyətinin yarım milyonluq tenderində maxinasiya –
Gədəbəy rayon İcra Hakimiyyətinin 01.10.2023-cü il tarixdə “Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 588.378 manat təşkil edib.

Satınalmada “BİRLİK-23” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1308155221) (MMC) qalib elan edilib.

“BİRLİK-23” MMC 2023-cü ilin yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev 17/51, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə Dadaşbalayev Zöhrab Kamil oğludur.
İcra Hakimiyyətinin yarım milyonluq tenderində maxinasiya –


Tender müqaviləsi üzrə Gədəbəy şəhərinin küçələrini asfaltlayacaq “BİRLİK-23” MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında məlumat yoxdur.

Resurları barədə məlumat olmayan, 8 ay əvvəl təsis edilmiş MMC-nin Gədəbəy rayonunu hansı texniki baza ilə abadlaşdıracağı sual doğurur.

Qlobal.az məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışıb. Gədəbəy rayon İcra Hakimiyyətinin tender komissiyasının sədri Nizami Piriyev məsələ ilə bağlı məlumat vermədi.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrəndik. Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirdilər:

“Sözügedən müsabiqə “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir”.
İcra Hakimiyyətinin yarım milyonluq tenderində maxinasiya –

Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...