Əziz Əzizov niyə susur? Günahkar kimdir?

Dünən Cəlilabad rayonunda Polis İdarəsinin önündə özünü yandıran Mirtahir Mürsəlov bu gün dünyasını dəyişdi. Qarabağ qazisi, 20 yanvar hadisələrinin iştirakçısı olan M.Mürsəlov yazdığı son teleqramında konkret olaraq ona qarşı soyqırım edən Cəlilabad Rayon İcra Hakimiyyətindən və başçısı Əziz Əzizovdan şikayət edib. Lakin dəfələrlə şikayət etməsinə baxmayaraq Qarabağ qazisinə qarşı etinasızlıq edilib. Bu qazinin ölümündə konkret olaraq göstərilən ünvan da, elə icra başçısıdır.
GUNDEMİNFO.AZ-ın məlumatına görə özünü yandıran və bu gün dünyasını dəyişən qazinin ailəsi ilə rayon rəhbərliyindən heç kim maraqlanmayıb.
Bakıda dünyasını dəyişən qazinin problemlərinin nədən ibarət olması isə konkret olaraq bəlli deyil. Lakin görünən odur ki, sosial çətinliklərdən əzab çəkən qazinin ailəsinə rayon rəhbərliyi tərəfindən heç bir kömək göstərilməyib. Ailəsini saxlaya bilməyən qazinin problemlərinin nədən ibarət olması ilə bağlı araşdırmalarımızı yaxın zamanda sizlərə təqdim edəcəyik.
Və bu arada Cəlilabadın icra başçısı Əziz Əzizovun da mövqeyini öyrənməyə çalışırıq. İcra hakimiyyətindən məsələ ilə bağlı olaraq münasibət öyrənməyə çalışacağıq.
2273 dəfə oxundu