Sabuncu rayonunda qanunsuz tikinti aparan Namiq Məmmədov kimdri? - FOTO/VİDEO

Son günlər paytaxt rayonarında qanunsuz tikililərin sayı getdikcə artmaqdadır. Rayon icra hakimiyyətləri ilə anlaşan iş adamları və maklerlər qanunları heçə sayaraq “öz işlərini” rahat şəkildə həyata keçirirlər.
AzFakt.com-a daxil olan məlumata görə belə qanunsuz tikililərdən biri Sabunçu rayonunda Zabrat-Kürdəxanı şosesinin yaxınlığında həyata keçirilir. Belə ki, ərazi hasara alınaraq dayanmadan tikinti işi həyata keçirilir.
Bildirilir ki, Zabrat-Kürdəxanı şosesinin yaxınlığında aparılan tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur. Bu isə o anlama gəlir ki, tikinti üçün aidiyyatı qurumların rəsmi icazəsi yoxdur.
AzFakt.com-un əldə etdiyi məlumata görə tikintiyə Namiq Məmmədov adlı şəxs rəhbərlik edir. Bu həmin Namiq Məmmədovdur ki, onun adı bir müddət əvvəı Abşeron rayon Xırdalan şəhərində "AAAF" park yaşayış kompleksinin qarşısında qanunsuz obyektin tikintisində hallanırdı. Bundan başqa paytaxtın bir neşə yerində inşa edilən qanunsuz tikilələrədə Namiq Məmmədov rəhbərlik edib. Əldə etdiyimiz məlumata görə Namiq Məmmədov tez-tez bildirir ki, "obyekt sahibi deyir dayanma, gecə gündüz işlə, lazımı yerlərdən icazəni almışam".
Yazıda adı keçən qurumların və şəxsin mövqeyini dərc etməyə hazırıq.


VİDEO BURADA
59 dəfə oxundu