Jurnalist vəfat etdi

Jurnalist vəfat etdi

Tanınmış jurnalist Ağaddin Babayev Lənkəranda vəfat edib.

APA-nın verdiyi xəbərə görə, o, doğulub boya-başa çatdığı Şağlaser kəndində vəfat edib.

Dəfn mərasimi kənd qəbiristanlığında baş tutacaq.

1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü olub.

Qeyd edək ki, Ağaddin Babayev bir müddət APA-nın cənub bölgəsi üzrə müxbiri olub.

Allah rəhmət eləsin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...