Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"

  Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir -
Tanınmış oftalmoloq Cahid Şahbazovun səhv tibbi müdaxiləsinin qurbanlarından biri də məşhur stilist Anar Ağakişiyev olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Anar Ağakişiyev doğuşdan göz qapağının tənbəlliyi-pitozdan əziyyət çəkib.

2017-ci ildə stilist bu problemi aradan qaldırmaq üçün Cahid Şahbazova müraciət edib. Həkim stilistin ayağından əzələ götürərək göz qapağına yerləşdirib. Lakin əməliyyat uğursuz alınıb, göz qapağı tam bağlanmayıb və nəticədə stilistin gözündəki laqrimal (gözyaşı) vəzi quruyub.

Problemi aradan qaldırmaq üçün Anar Ağakişiyev uzun müddət müalicə almalı olub. Bu məqsədlə o, Türkiyəyə üz tutub və gözündəki qüsurun bərpası üçün yüksək məbləğdə vəsait xərcləyib.

Məlumata görə, əməliyyatdan sonra stilist ağır stress yaşayıb.

Qeyd edək ki, Humay Əliyeva adlı xanım "Qafqazinfo"ya açıqlamasında oftalmoloq Cahid Şahbazov tərəfindən səhv əməliyyat edildiyini bildirərək sol gözünün kor olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...