Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində gərginlik

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində gərginlik

Redaksiyamıza Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baş verən olaylarla bağlı yeno məlumatlar daxil olmaqdadır. Bu barədə GUNDEMİNFO.AZ-a ötürülən son informasiyada qeyd olunur ki, mətbuatın məsələni gündəmdə saxlamasından sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentin rəisi general Vidadi Məmmədov barədə yola salma qərarı verilib.
Xəbəri verən mənbə daha sonra bildirir: “Vidadi Məmmədov olimpiya oyunlarından sonra istefaya göndərilir.
Vidadi Məmmədov, VCAİD- istintaq idarəsinin sabiq rəisi Şahin Rüstəmova yaxın olan iki müstəntiqi otağında sorğu sual etmişdi ki, Şahinin tapşırğı ilə mediaya məlumatı siz sızdırmısınız. Özünün sonu gəldiyini təsəvvür belə etməzdi.
Hal hazırda xaos davam edir. Şahin Rüstəmovla yaxın müstəntiqlər bayram havasındadırlar. Vidadi Məmmədovun yerinə iki namizəd vardır. Olimpiya oyunlarından sonra dəqiqləşəcək. Mediaya istintaq idarəsinin daxilindən ciddi məlumatların sızmasında sonra Vidadi Məmmədov hələ bir il əvvəl Şahin Rüstəmovu həbs etdirməklə hədələmişdi. Vidadi Məmmədov məlumatların Şahin Rüstəmovun adamları tərəfindən sızdırlmasını bəhanə edərək Şahin Rüstəmovu biabırcasına istefaya göndərmişdir.
Şahin Rüstəmov isə həbs edilərsə, istintaq idarəsində keçən il yoxa çıxan 45 milyon manatın aqibəti barədə danışacağını ilə xəbərdarlıq etmişdir”. Daha sonra gundeminfo.az-a yazan mənbə vurğulayır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində xaos davam edir: “İstintaq idarəsi öz işi ilə məşğul olmaq əvəzinə Vidadi Məmmədovun istəyilə idarədə agent ovu başladılıb. Müstəntiqlər artıq işə ciddi yanaşmırlar”.

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

ELVİN


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...