Kəmaləddin Heydərovun işini Rövnəq Abdullayevə tapşırdılar FOTOLAR

Kəmaləddin Heydərovun işini Rövnəq Abdullayevə tapşırdılar

Bakıda binaların üzlüklərinin sökülməsi prossesi davam edir. Bu gün bəzi informasiya agentliklərində məlumat yayılıb ki, binaların üzlüklərinin söküntüsü «Gilan» Holdinq tərəfindən aparılır. Lakin GUNDEMİNFO.AZ-ın əməkdaşlarının Yasamal rayonundan söküntü yerində olarkən deyilənlərin tam əksini görüblər. Belə ki, Yasamal rayonu Mətbuat prospektindəki bütün binaların üzlüklərinin sökülməsi işini SOCAR əməkdaşları həyata keçirirlər. Ərazi olan əməkdaşlarımız söküntü işlərinə SOCAR-ın yüksək çinli məmurlarının birbaşa nəzarət etdiklərini müşahidə ediblər. Lakin iş üzrə icraçılardan heç kimi rəhbər olaraq orada tapmaq mümkün olmayıb. Fəhlələr isə səhər saat 8-dən etibarən işlədiklərini, axham 9-a qədər çalışdıqlarını deyibğlər. Fəhlələr gördükləri bu işə görə onlara heç bir qəpik də olsun əlavə əmək haqqı verilmədiyini söyləyiblər. Adının çəkilməsini istəməyən Saatlıdan olan SOCAR əməkdaşı deyib ki, hətta nahar yeməyi belə verən yoxdur.

Maraqlıdır ki, binaların üzlənməsi işini müvafiq olaraq icra hakimiyyətləri və ya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həyata keçirməli olduqları halda SOCAR söküntü işini həyata keçirir. İstər profil etibarilə, istərsə də səlahiyyət baxımından bu işlərin görülməsinin SOCAR-a heç bir aidiyyatı yoxdur.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu söküntü işləri üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət büdcəsindən fövqəladə hallar üçün nəzərdə tutulmuş xərclərdən konkret vəsaitlər də ayrılıb. Və büdcədən ayrılan pulların təyinatı fövqəladə halların yaratdığı nəticələrin aradan qaldırılması üçün olduğuna görə, işi də Fövqəladə Hallar Nazirliyi həyata keçirməli idi. Məsələn 2010-cu ildə Kür daşqınları zamanı əhaliyə dəymiş ziyanın aradan qaldırılması işi birbaşa olaraq FHN-ə həvalə edilmişdi. Əhalinin daşqın zamanı dağılmış evlərinin bərpası işlərini tam olaraq FHN həyata keçirirdi. Analoji olaraq Zaqatalada zəlzələdən sonra da binaların bərpası, mənzillərin inşası üçün adıçəkilən nazirliyin idarələri işləyirdi. Lakin bu gün Bakıda yaranmış bu fövqəladə durumda FHN-nin əməkdaşları və ya idarələri görünmür.

Aldığımız məlumatlara əsasən Binəqədidə yaşayış binasının yanmasından sonra FHN-ə qarşı hakimiyyətin ən yüksək dairələrində etimadsızlıq yaranıb. Hətta bir neçə gün əvvəl Binəqədinin icra başçısı Xaləddin İsgəndərov mətbuata verdiyi açıqlamasında yanğında günahkar kimi FHN-nin günahkar olduğunu iddia edirdi.

Bundan başqa dövlət başçısının yanğın olayından dərhal sonra keçirdiyi müşavirədə də həmin binaların üzlənməsinə texniki şərti, icazəni məhz kimin verdiyini və buna görə məsuliyyətin kimin üzərində olduğuna eyham vurmuşdu . Görünür FHN-nin işinin SOCAR-a tapşırılması məsələsi də kifayət qədər mühim məqamlardan xəbər verir. Hər halda Bakıda yaşanmış həmin faciəyə görə yanğın təhlükəsizliyi ilə bağlı rəsmi icazəni kimin verdiyi də bəlli..

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2792 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...