Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı – FOTOLAR

Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı –

Bahalı “Rolls Royce”, “Bentley” və “Range Rover”lər.

Son günlər başı üzərində “qara buludlar dolaşan” tanınmış iş adamı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, İbrahim nehrəmli bu məqsədlə rəhbəri olduğu “Avesta” şirkəti ilə yanaşı, bir çox əmlakını da satışa qoyub. Dünən oliqarxın özünün idarə etdiyi “Bentley” markalı avtomobilin Bakıdakı “Bentley” servisdə satışa qoyulduğunu görənlər olub. Əldə etdiyimiz məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb.

Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom” (1 milyon dollar), “Range Rover” (180 min), “Nissan Patrool” və digər model maşınlar da mövcuddur. Qeyd edək ki, “Bentley” markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi “Bentley” sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib – təxminən 300 min dollara.

Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı –
Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı –
Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı –
Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı –


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...