«Binə» Ticarət Mərkəzində narazılıq - ŞİKAYƏT

«Binə» Ticarət Mərkəzində narazılıq -

«Binə» Ticarət Mərkəzində işləyən ticarətçilər narazıdırlar. Onlar iyun ayının icarə haqlarının toplanmasından narazılıq edirlər. GUNDEMİNFO.AZ-a danışan sahibkarlar deyirlər ki, iyunun 1-dən etibarən ticarət mərkəzi bağlanacaq. Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı olaraq ticarət mərkəzi istiqamətində hərəkətin məhdudlaşdırılması səbəbindən bu ticarət mərkəzi qapadılacaq.

Bizimlə söhbət edən sahibkarlar ticarət mərkəzinin qapadılmasından şikayətçi olmasalar da, onlardan bu barədə informasiyaları gizli saxlayaraq iyun ayının icarə haqlarının yığılmasından narazıdırlar. «Əslində bizlər də sevinirik ki, Azərbaycan belə bir nifuzlu yarşmaya ev sahibliyi edir. Hər bir vətəndaş kimi biz də buna sevinirik. Şəhərimizə çox sayda qonaqlar gələcək. Onları layiqincə qarşılayıb, yola salmaq üçün əlimizdən nə gəlirsə etməyə hazırıq. Ticarət mərkəzinin qapadılmasından da heç kim narazı deyil. Amma biz bilirik ki, iyun ayında işləməyəcəyik. Heç olmasa rəhbərlik bizə güzəşt etsin. Onsuz da icarə haqları kifayət qədər çoxdur. Yayda alver də az olur. Tətil başlayır, insanlar paytaxtı tərk edirlər. Şəhərdə qalanlar kasıb təbəqədən olanlardır, istirahətə gedə bilməyənlər. Ona görə də alverimiz zəifləyir. Bir neçə dəfə buranın rəhbərliyinə etiraz etmişik ki, iyun ayının icarə haqqını yığmasınlar. Amma burada narazı olan heç kimə məhəl qoymurlar» deyə həmsöhbətimiz olan ticarətçilərdən biri söylədi.

Ticarətçilər GUNDEMİNFO.AZ-a deyirlər ki, burada çalışan işçilərin çoxu yarışmada tamaşaçı olaraq iştirak etmək üçün biletlər alıblar. Mətbuat vasitəsilə onlar Binə Ticarət Mərkəzinin rəhbərliyinə bir daha müraciət edərək iyun ayı üçün icarə haqlarının yığılmamasını istəyirlər.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...