ŞAMAXININ İCRA BAŞÇISI PİRQULUNU ÖZƏLLƏŞDİRİB

Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Pirqulu dağını ətrafında yeni istirahət obyektləri tikrlər
İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqlara Bakıdan və rayonlardan olan məmurlara satır.
Şamaxı rayonudan GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov rayon ərazisində və ölkədə istirahət güşəsi kimi tanınan Pirqulu dağı ətrafında özlərinə istirahət mərkəzəri inşa edirlər. Şamaxının Pirqulu kəndindən olan şikayətçi iddia edir ki, icra başçısı və müavini dağın ətrafında yaşayış evi tikdirdirkdən sonra turistlərin gəlib istirahət etməsi üçün istirahət mərkəzləri inşa edirlər.
Şikayətçinin sözlərinə, Asif Ağayev Şamaxıya icra başçısı təyinatı aldıqdan onların ata-baba torpaqları satışa çıxarıb. Yaxın dostu olan və əvvəllər İmişli rayononunda başçının müavini vəzifəsində çalışan Qasım Qasımovu özünə müavin təyin etdirməyə nail olan Asif Ağayev bütün qara işlərini, həmçinin «yığım və alış-veriş» işlərini yeni müavinəninə həvalə edib. Şamaxı rayonuda icra hakimiyyəti tərəfindən görülən tikinti, təmir, abadlıq yaşıllaşdırma işlərinə də başçının dostu Qasım Qasımov nəzarət edir.
Məlumatda bildirilir ki, məhz Qasım Qasımov Şamaxı şəhərini abadlaşdırılması və yollarının təmir edilməsi üçün paytaxtdakı tanıdığı bir neçə şirkətlə anlaşaraq anlaşaraq, bu işlərin görülməsi üçün keçirilən tenderləri həmin şirkətlərə verib. Bundan başqa Şamaxının mərkəzi küçələrindəki səkilərin örtüklənməsi və rayon kəndlərindəki məktəblərin dam örtüyünün dəyişdirilməsi əməliyyatında iştirak edən bu şirkətlərin Qasım Qasımova bağlı olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, icra başçısı Asif Ağayev müavinin əli ilə həm təmir tikinti abadlıq işlərində iştirak edən şirkətlərdən “öz faizini” artıqlaması ilə alır.
Məlumatda həmçinin bildirilir ki, hal hazırda Pirqulu dağında Asif Ağayevin və Qasım Qasımovun istirahət obyektləri tikilməkdədir və növbəti ilin yayında bu istirahət mərkəzlərinin turistlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Elə bu üzdən də həmin ərazilərdə yaşayan sakinlərin torpaqları zorla əllərindən alınır. İcra başçısı müavinin əli ilə Pirquluda və rayonun başqa mənzərəli yerlərində torpaq satışı ilə məşğul olur. Belə ki, son 6 ayda paytaxtdan yüzlərlə məmur və iş adamı Şamaxı rayonunun dağ kəndlərindən mülk və torpaq sahəsi alıblar. Mənbəmiz bildirir ki, Bakı şəhərində ev alqı satqı mərkəzlərində icra başçısının yaxın adamları var və həmin dəllallar imkanlı şəxslərə Şamaxı rayonunda münasib qiymətə torpaq satışlarını təklif edirlər.
Qeyd edək ki, Şamaxı rayonunda daxil olan başqa bir məlumatda isə bildirilir ki, icra başçısının etimadını qazanan rayon DSMF sədri Tərlan Əhmədov hər ay dövlətin yüzminlərlə manat vəsaitini talan edir. Həmin məlumatları araşdırmalarımızdan sonra növbəti sayımızda oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
1378 dəfə oxundu