«28 mall» Ticarət Mərkəzində sahibkarlar etiraz edir ŞİKAYƏT VAR

«28 mall» Ticarət Mərkəzində sahibkarlar etiraz edir

Bakının mərkəzində yerləşən ən iri ticarət mərkəzlərindən birində xeyli sahibkar etiraz aksiyası keçirməyə hazırlaşır. Məlumata əsasən «28 Mall» ticarət mərkəzində işləyən dükan sahibi olan sahibkarlar iddia edirlər ki, onları aldadıblar. GUNDEMİNFO.AZ-a müraciət edən ticarətçilər iddia edirlər ki, onlarla 2017-ci ilə qədər bağlanmış müqavilələr heç bir səbəb göstərilmədən ləğv edilir. Daha doğrusu sahibkarlarla bağlanmış müqavilələrin guya saxta olduğu söylənilir. Şikayətçi sahibkarlar bildirir ki, onlar bu müqavilə ilə 1 ildən çoxdur ki, adıçəkilən ticarət mərkəzində fəaliyyət göstərirlər. Lakin bu günlərdə ticarət mərkəzinin rəhbərliyi onları çağırıraq bildirib ki, bağlanmış müqavilələr saxtadır və bu müqavilələri bağlayan şəxslər də qanunsuz olaraq onlarla rəsmi müqavilə bağlayıblar.

GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, əslindjə «28 Mall» ticarət mərkəzi bu günlərdə ölkə gündəmini zəbt etmiş «Maliyyə xəyanətləri» ilə bağlıdır və həbs edilmiş iş adamlarından birinə məxsus olub. Ticarət Mərkəzinin sahibi olan oliqarxın həbsindən sonra isə mərkəzin sahiblik prinsipləri dəyişdirilib. Və yeni gəlmiş sahib artıq bağlanmış müqavilələri etirabsız hesab edir. Bununla bağlı olaraq ölkə rəhbərliyinə myüraciət edən sahibkarlar deyir ki, məsələ ilə bağlı olaraq dövlət başçısına da müraciət ünvanlamağı planlayırlar.

Onu da əlavə edəku ki, adıçəkilən Ticarət Mərkəzinin rəhbəri olduğu iddia edilən və həbs olunduğu deyilən oliqarxın kimliyi bizə məlumdur. Lakin bir sıra dəqiqləşdirmələr apardığımızdan onun adını hələ ki, təqdim etmirik. Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1073 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...