Ucar sakini «Azəryolservis»dən prezidentə şikayət etdi ittiham edilən şəxs susur

Ucar sakini «Azəryolservis»dən prezidentə şikayət etdi

Ölkə ərazisində inşa edilən magistral yollar, yol qovşaqları ilə bağlı olaraq aparılan işlər təqdir edilməlidir. Lakin dövlət başçısının göstərişi ilə aparılan bu işlər bəzən hansısa xırda məmurların tamahı üzündən əhali tərəfindən narazılıqla qarşılanır. Əhaliyə verilməli olan konpensasiyalar bəzən kəsilir. Hətta elə olur ki, bu işlərlə bağlı olaraq yerli məmurlar, icra hakimiyyətlərinin əməkdaşları da iştirakçı olaraq insanları aldadırlar.

"Azəryolservis" ASC mənim ailəmi 1-ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektimizi bağlayıb, bizi işsiz qoyub, mülkiyətimizi əlimizdən almaq istəyir.Belə ki, Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə qanunu sənədlərlə mülkiyyətimiz olan yük avtomaşınlarının təmiri sexinini fəaliyyəti qanunsuz olaraq dayandırılıb.Həmin sexə gedən yol bağlanılıb deyə bir ildir işləmir – bu sözləri GUNDEMİNFO.AZ-a müraciət edən Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı tərəfindən dövlət başçısına mətbuat vasitəsilə etdiyi müraciətindəndir. Müraciətin ardını olduğu kimi təqdim edirik:

- 1995-ci il tarixdə mərhum həyat yoldaşım Cəbrayılov Məhəmmədəli Şirxan oğlu həmin torpaq sahəsini alıb sənədlə qanunu qaydada sex tikdirdi.Həyat yoldaşım və öğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular ki, buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik.2011-ci il tarixdə həyat yoldaşım böyrək dializi xəstəliyindən dünyasını dəyişdi.Həyat yoldaşım xəstə olan vaxt avtomobil təmiri sexini satıb onun müalicəsinə xərcləmək istəyəndə o xəstəliyinin sağalmayacağını bilib buna icazə vermədi ki, bu sex 8 nəfərlik ailəmin daimi iş, çörək yeridir. İndi isə "Azəryolservis" ASC haqqı-halal qnunu mülkiyyətimizi əlimizdən alır.Həmin sexə gedən yolu tikintiyə görə 1-ildir bağlayıb bizim ailəni işsiz çörəksiz qoyublar.Biz buna görə Ucar Rayon İcra Hakimiyəti başçısının qəbulunda olub şikayətimizi etdik.İcra başçısının tapşırığından sonra"Azəryolservis" Asc-nin Azər adl məsul vəzifəli əməkdaşı gəlib bizə 17000 manat kompensasiya təklif etdi və bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib sexinizin fəaliyyətini bərpa edərsiniz. 31 may 2015-ci il tarixdə isə"Azəryolservis" Asc-nin Azər adl əməkdaşı gəlib bildirdi ki, "müdriyyət dedi ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra sexlərini açıb işləyərlər". Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq.Ona görə ki, körpünün yamacı bizim sexin 4 metrliyindən keçirki 2 metr hündürlükdədir, belə olanda sexə nəinki yük avtomobilləri, heç kiçik maşınlarda gələ bilməyəcək. 2 metr hündür olan körpünün yamacında yerləşən sexdə işləmək özü çox təhlükəlidir.Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil. Bunun əlacı isə düzgün kompensasiyamızı versinlər ki, seximizi həm bir neçə metr arxaya çəkib həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək. "Azəryolservis" ASC isə bizə hədə qorxu gəlir, mülkiyyətimizi əlimizdən tamam almaq istəyir.Baxmayaraq ki, yol tikintisi zamanı vətəndaşlara dəymiş zərərin əvəzinin tam ödənilməsinə cənab Prezident tapşırıqlar verib. Ancaq bunlar isə vətəndaşları aldadıb pullarını mənimsəyib çörəksiz qoyurlar. 8 nəfərlik ailəmizin yeganə dolanışıq iş yeri bu sexdir ki, indi qanunları tanımayan vəzifəli şəxslərin saxtakarlığına görə işsiz, çörəksiz qalmışıq. Bir ailə başçısı, ana kimi Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirəm.Sizdən xahiş edirəm bizim mülkiyyətimizi əlimizdən almaq istəyən, bizim ailəni işsiz, çörəksiz qoyan və qanunu kompensasiyamızı mənimsəyən "Azəryolservis" ASC-nin məsul vəzifəli şəxsləri barədə tədbir görəsiniz.Onların milyonları var toxdular biz isə acından ölmək təhlükəsi ilə üz-üzə qalmışıq.Xahiş edirik bizə kömək edin.


Bu mövzu ilə bağlı olaraq vətəndaşın şikayətini dinləyərək qarşı tərəf olaraq yazıda adıçəkilən şəxslə əlaqə saxladıq. Azər adlı şəxs bildirdi ki, bu məsələ ilə bağlı olaraq «Azəryolservis» ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayaq. Lakin biz qarşı tərəf olaraq şikayət müəllifinin fərdi şəxs kimi və konkret olaraq fərd kimi aldadıldığını və aldadan şəxsin də onun olduğunu bildirsək də, Azər müəllim deyilənlərlə bağlı israr etdi : «Mən xahiş edirəm ki, siz bu məsələ ilə bağlı «Azəryolservis»ə müraciət edəsiniz» dedi. İsrarla «bu yazıda sizin vətəndaşı aldatmağınızdan söhbət gedir » də nəticəsi olmadı. Gün ərzində «Azəryolservis»in mətbuat xidməti ilə əlaqə saxlamaq imkanlarımız isə baş tutmadı. Bununla belə mətbuat vasitəsilə dövlət başsısına müraciət etmiş vətəndaşın şikayətinə adıçəkilən dövlət qurumundan rəsmi arayış veriləcəyini güman edirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...