Bərdədə icra başçısının çayxana biznesi Yenə şikayət var

Bərdə şəhərindən redaksiyamıza daxil olan məlumat bir qrup sakinin şikayətindən ibarətdir. Bərdə şəhərindən şikayət edən sakinlər iddia edirlər ki, icra başçısı Vidadi İsayevin şəxsi göstərişi ilə rayonun mərkəzində (İcra Hakimiyyəti binasının önündə) yerləşən park icra başçısı tərəfindən əsl biznes mərkəzinə çevrilib, Bərdəlilər şikayət edirlər ki, parkın giişindəki yeganə «Park kafe» icra başçısının oğluna məxsusdur. Lakin bu dövlətin büdcə pulları hesabına inşa edilmiş «Park kafe»ni Şirvan şəhərindən gələn bir şəxs idarə edir. Bundan başqa parkda salınmış oyun meydançasına uşaqların daxil olması üçün 50 qəpik tələb olunur. Həmçinin də parka istirahətə gələn bərdəlilər avtomobilləri üçün də 50 qəpik ödəməli olurlar.
GUNDEMİNFO.AZ-a danışan şəhər sakinləri deyirlər ki, büdcə pulları hesabına inşa edilmiş bu parkda hər şeyin ödənişli olması əhalinin ciddi narazılığına səbəb olublar.
Məlumat verən sakinlər iddia edirlər ki, Bərdədə bu parkın inşası zamanı icra başçısı Vidadi İsayev yerli sahibkarlardan pul yığıb. Pul toplanışı zamanı isə icra başçısı onlara «mən buralı deyiləm, bu abadlığı da sizin üçün edirəm» deyərək minnət qoyub.
Redaksiyamıza müraciət edən bərdəlilər dövlət başçısı, Cənab İlham Əliyevin sonuncu dəfə çıxışında əhaliyə müraciət edərək ictimai nəzarətin gücləndirilməsi üçün göstərilən təşəbbüsləri alqışladığını bildirib. Bərdədən yazan sakinlər deyirlər ki, məhz rayonda büdcə pulu ilə inşa edilmiş parkdan istifadə etməmələrinə qarşı ictimai nəzarəti təşkil edərək yaradılan süni problemləri aradan qaldırmağa nail olmaq istəyirlər.
636 dəfə oxundu