“Yeni Həyat”la “Azərişıq”ın işbirliyi İDDİA

“Yeni Həyat”la “Azərişıq”ın işbirliyi

Babək Babayev Fazil Məmmədovun “müavin”idir

Bu yaxınlarda Qafqaz Xəbər Agentliyində (qafqaznews.org) “Sahibkar KİV-dən kömək istəyir” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə “Tərəqqi-1 “ Təhsil Mərkəzinin rəhbəri Əli Abdusalamovun müraciəti əsasında hazırlanmışdı. Şikayətçi bildirirdi ki, 16 may 2014-cü ildə “Meqafun” biznes mərkəzindəki 875 kv.m yeri icarəyə götürmək üçün “Yeni həyat” şirtkətinin prezidenti Babək Babayevlə müqavilə imzaladım:


“Mən bu təklifi APS şirkətindən almışdım.

APS şirkəti icarə müqavilələrinin bağlanması üçün vasitəçilik xidməti göstərir. Şərtlərə uyğun olaraq biz ayrılmış sahədə Təhsil Mərkəzi yaratmalı idik. Öz hesabımıza biz həmçinin bizə ayrılan sahədə zəruri konstruksiya işləri görməli idik. Mənim təkidimdən sonra müqaviləyə bununla bağlı xüsusi bənd daxil edilmişdi. Ki, həmin konstruksiyalar mənim əmlakımdır. Və həmin xərclər üçün kompensasiya tələb edə bilərəm”.

Qafqaz Xəbər Agentliyi bildirir ki,Abdusalamovun sözlərinə görə, “Meqafun”un sahibinin günahından Təhsil Mərkəzi tam gücü ilə işləyə bilmədi: “ Mən müqaviləni dayandırmağa məcbur oldum. Və müqaviləyə uyğun olaraq “Meqafun”un rəhbərliyindən kompensasiya tələb elədim. Biznes-Mərkəzin rəhbərliyi nəinki kompensasiya verdi, hətta mənim əmlakım olan konstruksiyaları mənə qaytarmadı. Düzdür, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciətdən sonra mənim əmlakım qaytarıldı. Amma indiyədək Biznes-Mərkəzin rəhbərliyi kompensasiyanı vermir”.

Şikayətçi müqavilənin bağlanmasında vasitəçilik etmiş APS şirkətinin fəaliyyətinə də toxundu: “ Biz hər kv.m yer üçün “Meqafun”a 10 manat icarə haqqı verməli idik. Müqaviləyə görə, mən 14 faiz, yəni 1 manat 40 qəpik dövlətə vergi verməli idim. Ancaq APS tərtib etdiyi müqavilədə hər kv.m üçün 11 manat 63 qəpik göstərilib”.
Qafqaz Xəbər Agentliyinin məlumatına görə Abdusalamov dediklərinə sübut kimi Babək Babayevlə bağladığı müqaviləni bizə təqdim elədi. Həqiqətən də Abdusalamovun dedikləri müqavilədə öz təsdiqini tapırdı.

Məqalədən məlum olurdu ki, “Yeni Həyat”ın rəhbərliyi qanunlara məhəl qoymadan vətəndaşların hüquqlarını pozur.

Xırda bir araşdırma zamanı bizə məlum oldu ki, “Yeni Həyat”ın prezidenti Babək Babayevlə “Azərişıq”ın rəhbəri Baba Rzayevi “xeyli dostluq” telləri birləşdirir.

Öncə onu qeyd edək ki, Babək Babayev Güləş Federasiyasının vitse- prezidenti olmaqla Vergilər Nazri Fazil Məmmədovun “müavin”idir. Ən əsası Babək Babayevlə “Azərişıq”ın rəhbəri Baba Rzayev ortaq biznes layihələrinə imza atırlar.
Belə ki “Yeni Həyat”ın layihələrinin əksəriyyəti “Azərişıq”ın rəhbəri Baba Rzayevin şirkətlərinə həvalə olunub. Digər şirkətlər bu layihələrdə iştirak etmək istəsələr də onlara mədəni sürətdə izah olunub ki, bu sizlik deyil.


“Yeni Həyat”la “Azərişıq”ın işbirliyi


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...