Ucardan vətəndaş Hacıqabulun icra başçısının qaynından şikayətçidir MƏTN

Ucar rayon Həbibi küçəsi ev 9 sakini 2-ci qrup gənc Qarabağ əlili Aqil İbrahimov GUNDEMİNFO.AZ-ın redaksiyasına şikayət məktubu yollayıb. Qarabağda əlil olan vətəndaş Ucar Rayon Su Kanal idarəsinin rəisi Asif Şirinovdan şikayətçidir.

Şikayətçi daha sonra yazır:
- 1990-cı ildə Ucar rayonunda doğulmuşam. 2008-ci il tarixdə həqiqi-hərbi xidmətə çağrılmışam. Beyləqanda yerləşən "N" saylı hərbi hissədə hərbi xidmət keçmişıəm. Erməni silahlı qüvvələrini müşahidə edən zaman snayperdən açılan güllə sinəmi dəlib keçib kürəyimdən çıxmış, buna görə ağır yaralanıb 2-ci qrup əlil olmuşam. Qarabağ əlili olduğum üçün qanunda nəzərdə tutulmuş qaydada 2012-ci il tarixdə dövlət tərəfindən mənə də Lifan 320 markalı avtomobil hədiyyə edildi.
Vergimi ödəyib sərnişin daşıyıb taksilik fəaliyyəti ilə məşğul oluub ailəmi bir təhər dolandırırdım. Ucar rayon Su Kanal idarəsi rayonun mərkəzi küçəsində təmir işi aparıb qurtarandan sonra qazılmış quyunun üstünü bağlamadığından və quyunun qarşısına qəza olmaması üçün nişan qoyulmadığından gecə vaxtı həmin quyuya düşdüyümdən avtomobilim tam yarasız vəziyyətə düşdü.



Buna görə Ucar rayon Su Kanal idarəsinin müdiri Asif Şirinova müraciət edib onların səhlənkarlığına görə avtomobilimə dəymiş zərəri aradan qaldırmaqda mənə köməklik etməsini xahiş etdim. O, isə dedi ki, bu mənim yox rayon icra başçısının işidir. Su Kanal idarəsi quyunu qazıb su borusunu təmir edib, quyunun üstünün örtülməsi isə rayon icra hakimiyyətinə aid məsələdir, get kompensasiyanı icra başçısı versin. İnsanlığa yaraşmayan tərzdə məni kobud qarşılayıb acılayıb yola saldı.
Bildirirəm ki, Ucar rayonunda Su kanal idarəsinin fəaliyyətini iflic edən Asif Şirinov qohumu Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarova arxayın olub korrupsiya əməlləri ilə məşğul olur. Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinov sakinləri içməli suyla təmin etmək əvəzinə, onlara qurunt, çirkab suları verir ki, buda insanların sağlamlıqları üçün çox təhlükəlidir. Ucar rayonunun bir çox küçələrində insanlar susuzluqdan əziyyət çəkir. Camaat rayonda Kərbəla müsibəti yaşamaq məcburiyyətində qalıb. Səbəbi isə Asif Şirinovun səhlənkarlığı və pul qazanmaq həvəsidir. Rayonda içməli suyun verilməsində tez-tez uzun fasilələr yaranır ki, səbəbi borular yararsız olduğundan sıradan çıxmasıdır. Hansı ki, rayon ərazisində içməli su boruların yenilənməsi üçün ayrılmış vəsaiti arxalı müdür mənimsəyir.
Gün ərzində içməli su adı altında verilən su əslində qurunt, çirkab sularıdır. Rayon sakinləri də bunu bildiklərindən və ağır xəstəliklərə düçar olmamaq üçün çörəkpullarını içməli su almağa sərf edirlər.Asif Şirinov Su Kanal idarəsinin həyətindəki böyük artezan quyusundan axan suyu maşınlarla camaata satdırıb küllü miqdarda pul qazanır deyə öz kommersiay maraqlarıa görə insanların taleyi ilə oynayır.
Rayonun bir çox küçələrində illərlə yığılıb qalan kanalzasiya suları ərazidə antisanitariya vəziyyəti yaradıb. Həm kanalizasiyalarda yaranmış antisanitariyaya, həm də qurunt suyunun içməli su adı ilə verilməsi insanların həyat və sağlamlıqlarını ciddi təhlükə altında qoyur. 80 000-dən çox əhalisi olan Ucar rayonunun sakinlərinin həyatını Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarovun qaynı Asif Şirinovun marağına qurban verilməsi faciədir. Rayon ərazisində quraşdırılmış elektron onlayn ödəmə aparatlarında sakinlər içməli sudan istifadə etmək üçün ödəniş edirlər, ancaq Ucar Su Kanal idarəsinin müdiri Asif Şirinovun qurduğu kələyə görə sayğaclarda bu ödəmə göstərilmir, ödənilən pulları isə geri qaytarmaq olmur.Belə saxtakarlıqla Asif Şirinov küllü miqdarda pullar mənimsəyir.Təssüf ki, müvafiq qurumlar belə şəxsin məsuliyyətsizliyinə, özbaşınalığına göz yumurlar.
GUNDEMİNFO.AZ olaraq bildiririk ki, bizə daxil olan şikayət məktubunda qeyd edilən fikirlər müəllifə məxsusdur və bu fikirlərlə əlaqədar olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
2876 dəfə oxundu