Ağacan Abıyev hardadır - federasiyayada vitse-prezident olan rektor niyə gözə dəymir?

Ağacan Abıyev hardadır -

Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ərəfəsində boksçularımızın yarışmaları davam edir. Artıq boksçularımız arasında yüksək nəticə göstərərək birinci pilləyə yüksələnlər, qızıl, gümüş və bürünc medallar alanlar da var. Bu günlərdə Məhəmmədrəsul Məcidov ağır çəki dərəcəsində gürcüstanlı idmançı Mixail Baxtidze ilə qarşılaşacaq. Qarşılaşma bu gün saat 21:45-də baş tutacaq. Məhəmmədrəsul Məcidov Azərbaycanın ən güclü boksçularından sayılır.
Bu yarışmada iştirak edən bokçsularımızın sayı 15-dir. Onların adları aşağıdakılardır:

Bu yarışmada iştirak edən bokçsularımızın sayı 15-dir.
Onların adları aşağıdakılardır:


49 kq. Salman Əlizadə
52 kq. Elvin Məmişzadə
56 kq. Tayfur Əliyev
60 kq. Albert Səlimov
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov
75 kq. Xaybulla Musalov
81 kq. Teymur Məmmədov
91 kq. Abdulqadir Abdulllayev
91. Məhəmmədrəsul Məcidov
Qadınlardan ibarət seçmə komanda:
51 kq. Anaxanım Ağayeva
54 kq. Anna Əlimərdanova
60 kq. Yana Alekseyeva
64 kq. Yelena Vıstropova
75 kq. Leyla Cavadlı

Qeyd edək ki, boks yarışlarını izləyən şəxslər arasında media təmsilçiləri daha çox Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu görürlər. Dövlət başçısı da yarışları izləyir. Hətta iki gün öncə boksçumuz Ayxan Tağızadə qızıl medal aldıqdan sonra dövlət başçısı ona telefonla zəng edərək təbrik də etmişdi.

GUNDEMİNFO.AZ-ın əməkdaşları boks yarışları ilə bağlı maraqlı bir məqamla rastlaşıblar. Mətbuatda Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Abıyevi görmək çətindir. Hər zaman idman yarışlarından mətbuatla yaxın təmasda olan, ölkənin əsas ali idman məktəbinin rəhbəri Ağacan Abıyev görəsən hardadır?

GUNDEMİNFO.AZ-a danışan mənbə Bakıda keçirilən bu mühim idman tədbirində rektorun görünməməsini müxtəlif səbəblərlə izah edirlər. İki versiyadan biri onun səhhəti ilə bağlıdır ki, biz Ağacan müəllimə Allahdan şəfa diləyirik. İkinci versiyaya görə isə Ağacan Abıyev idman yarışları keçirilən arenalarda çox az-az görünür ki, bunun da səbəbi kimi onu hansısa yanlışa yol verdiyi ehtimalı ilə bağlıdır. Hələlik biz bu versiyaların hansının doğru olub-olmadığını dəqiqləşdirməyə istəyirik.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...