Aqrar Universitetdə yekun bazarlıq - İLGİNC

GUNDEMİNFO.AZ-ın redaksiyasına Azərbafcan Dövlət Aqrar Universitetindən bir qrup tələbənin müraciəti daxil olub. Tələbələr bildirir ki, artıq yay imtahan sessisyaları başa çatmaq üzrədir. Kimlərin imtahanlardan kəsildiyi və kimlərin keçdiyi müəyyən qədər bəllidir. İmtahanlardan keçənlərin əksəriyyəti dekanların tapşırıqları ilə sorğu-sualsız 50 manat pul ödəyənlərdir. İmtahandan keçməyənlər isə pul ödəyə bilməyənlərdir. Bu ali təhsil ocağının bakalavr pilləsində təhsilini başa vuran tələbələr isə diplom işləri üçünüy daha çox xərcə düşməli olublar. Köhnə diplom işləri demək olar ki, satışa çıxarılıb. Kafedralarda köhnə diplom işləri tələbələrə 50 manatdan satılır. Əgər köhnə diplom işlərini tələbələr özləri köçürərək, öz xətləri ilə yazırlarsa, o zaman 50 manat ödəməli olurlar.
Bundan sonra isə bu ayın sonunda imtahanlara daxil olacaq tələbələr 500 manatlarından keçməli olacaqlar. Diplom müdafiələri ilə bağlı prossesə isə tələbələrin dediyinə görə birbaşa rektoratlıq nəzarət edir. Bu mövzu ilə bağlı geniş yazımızı tam hazırladıqdan sonra sizlərə təqdim edəcəyik.
234 dəfə oxundu