Tərtərin icra başçısı təşviş içində

Tərtərin icra başçısı təşviş içində

Tərtər rayonunda bütün büdcə təşkilatlarında təftiş başlayıb. GUNDEMİNFO.AZ-a rayondan verilən məlumata əsasən aparılan yoxlamalar Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən aparılır. Məlumata əsasən yoxlamaların məqsədi rayonun cari ilin birinci rübü dövründə istifadə olunmuş büdcə vəsaitləri ilə bağlıdır. Birinci rüb üzrə hesabatların müvafiq yuxarı instansiyalar təqdim ediloməməsi və ya yarımçıq icra edilməsi üzrə müəmmalar ortada olduğundan yoxlamalar aparılır. İnformasiyaya əsasən yaranmış vəziyyətə icra başçısı Müstəqim Məmmədov heç bir müdaxilə edə bilmir. Mənbə bildirir ki, icra başçısının müdaxilə edə bilməməsi bir sıra tenderlərin həyata keçirilməsində müdaxiləsinin olub-olmadığına dair ilginc məqamları ortaya çıxara bilər. Bu səbəbdən də icra başçısı öz rayonunda aparılan total yoxlamalara nəzarət edə bilməməsindən təşviş içindədir. Mövzu ilə bağlı ətraflı bilgilər əldə etməyə çalışırıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...