Laçının icra başçısına qarşı etiraz aksiyası

Laçında əhali ilə yerli məmurlar arasında narazılıq pik həddə çatıb. JAM.A xəbər verir ki, icra başçısı Akif Səlimovun idarəçiliyinə etiraz edən rayon sakinləri artıq çıxış yolu tapmadıqlarından etiraz aksiyasına başlayıblar.
50-yə yaxın müəllim Heydər Əliyevin məzarına şikayət etdi
Bir neçə gün əvvəl 50-yə yaxın müəllim icra başçısı Akif Səlimovun əlindən zara gəldiklərindən qəribə etiraz formasından istifadə ediğlər. Belə ki, onlar Bakıya gələrək, sabiq prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edərək, ona Akif Səlimovla bağlı şikayət ediblər.
Elburus Məmmədovun verdiyi məlumata görə, Laçın sakinləri mərhum prezidentdən Akif Səlimovun zülmündən müdafiə etmələrini xahiş ediblər. Onlar başqa yollarının qalmadığını dilə gətiriblər.
Qarakeçidlilər İcra Hakimiyyətinin qarşısında aksiya keçiriblər
JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, etirazlar bununla bitməyib. Bu yaxınlarda Laçının Qarakeçid kəndinin sakinləri rayon İcra Hakimiyyətinin binası önünə yığışaraq, etiraz aksiyası keçiriblər. 50-yə yaxın insan üzləşdikləri problemlərin həll olunmadığın, idarəçiliyin biabırçı həddə çatmasına və Akif Səlimovun işinin öhdəsindən gəlmədiyinə etiraz ediblər. Və ondan çıxıb getməsini tələb ediblər.
Vağazinlilər isə yolu bağladı
Problemlər içində boğulan Vağazin kəndinin sakinləri isə dərdlərini deməyə yer tapa bilmirlər. JAM.AZ-a daxil olan məlumata görə, ciddi sosial və iqtisadi problemləri olan kənd sakinləri artıq sonda ayağa qalxaraq, yolu bağlayıblar. Onlar icra başçısı Akif Səlimovun onlarla görüşməsini tələb ediblər və bildiriblər ki, əgər problemləri yoluna qoyulmasa, aksiyalar davam edəcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.
535 dəfə oxundu