Füzulidə taxıl biçini problemi - İLGİNC

Füzulidə taxıl biçini problemi -


2 iyulda APA məlumat yaydı ki, “Kənd təsərrüfatı məhsullarının sığortası” haqqında qanun layihəsi gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq.

Ancaq millər vəkili Vahid Əhmədov bu xəbəri inkar edərək Qafqaz Xəbər Agentliyinə bildirdi ki, biz hələ qanun layihəsini almamışıq. Deputat onu da bildirdi ki, Azərbaycanda sığorta bazarı inkişaf etməyib, ona görə də fermerlərin məhsulları sığortalanmır.

Məlumat üçün qeyd edək ki, 20 iyunda qafqaznews.org saytında “Füzuli icra hakimiyyəti zərərçəkənlərə kömək etmək istəmir” başlıqlı MƏQALƏ dərc olunub. Məqalə 18 iyunda Qaraxanbəyli kəndində baş verən yanğından bəhs edir. FHN-nin verdiyi xəbərə görə, yanğın vaxtı vətəndaşa məxsus ərazidə 7 ha sahədə biçilməmiş arpa sahəsi və digər vətəndaşa məxsus ərazidə 3 ha sahədə biçilməmiş taxıl sahəsi, sahibi məlum olmayan ərazidə 27 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb.

Məsələni araşdırmaq üçün Füzuli rayon icra hakimiyyəti başçısının müavini Bağır Aslanov ilə əlaqə saxlayaraq yanğınla bağlı hansı tədbirlərin görüldüyünü soruşduq. Müavin bildirdi ki, həmin əkin sahələri qanunsuzdur: “ Onlar hətta qanuni əkin sahələri olsaydı belə onlara kompensasiya düşmür. Çünki əkin sahibləri öz məhsullarını sığorta etməyiblər”.

Məsələ ilə bağlı iqtisadçı Azər Mehdiyev bildirdi ki, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması” ilə bağlı 18 iyun 2002-ci ildə qanun qəbil olunub: “ Bu qanun imkan verir ki, fermerlərin məhsulları sığortalansın. Bu məsələ ilə bağlı NK-nin 4 mart 2004-cü il tarixli qərarı da var.
Bu qərarda dövlətin dəstəyi ilə sığortalanan məhsulların adı da verilib. Bu qərara görə həmin məhsulların sığortasının 50 faizi dövlət vəsaiti hesabına olur”.
Müxbirimizin “Demək, hər şey qaydasındadır?” sualına ekspert belə cavab verdi: “ Yox. Bu qərardan neçə il keçsə də fermerlərin çoxu öz məhsullarını sığortalamayıb”.
Müxbirmizin “Nə üçün?” sualına Mehdiyev belə cavab verdi: “ Çünki sərfəli deyil. Dövlət sığorta haqqının məbləğini müəyyən etməyi unudub. Ona görə də sığorta şirkətləri öz bildikləri kimi hərəkər edir, bu isə fermerlərə sərf etmir”.

Doğrudanmı fermerlər öz məhsullarını sığorta etmək istəmir..?
Məsələ ilə bağlı Lerik RİH başçısının müavini Cəlil Baxşıyevin fikrini öyrəndik: “ Mən bilmirəm bizim rayondakı fermerlərin hansısı öz məhsulunu sığorta edib. Sizə kim deyib ki, Lerikdə fermerlər öz məhsullarını sığorta edir?”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...