Gədəbəyin icra başçısı məhkəməyə yalan ifadə verib? ŞOK İDDİA

Gədəbəyin icra başçısı məhkəməyə yalan ifadə verib?


Son vaxtlar bir çox siyasi şərhçi və ekspertlər tərəfindən, məhz I Avropa Oyunlarından sonra ölkənin xüsusən icra strukturlarında müəyən islahatların həyata keçiriləcəyinə dair proqnozlar verilir. Daha dəqiq desək, bəzi rayonların icra başçılarının vəzifədən alınacaqlarına dair ehtimallar irəli sürülür ki, belə namizədlərdən də biri kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun adı xüsusilə ez-tez hallanmaqdadır. Məhz bu məmurun görəvdən alınacağına dair ehtimalları daha yüksək edən səbəblərdən biri budur ki, Ramiz Yediyarovun vəzifədə olduğu üç il ərzində onun rayonda tənəzzülə uğratmadığı bir sahə, fəaliyyətini iflic hala gətirmədiyi bir müəssisə və ya təşkilat qalmamışdır. Həmçinin, bu illər ərzində icra başçısının rayon əhalisinə qarşı hər zaman sərgilədiyi qərəzli və ədalətsiz münasibəti, rayon iqtisadiyyatının özəyi ola biləcək yerli sahibkarlara tutduğu divanlar, rayonun ziyalılarına və ağsaqqallarına ünvanladığı təhqirləri sayəsində, Ramiz Yediyarov bəlkə də indiyədək yerli sakinlər arasında ən aşağı nüfuza malik RİH başçısı ola bilər.

İstənilən halda, bu gün Gədəbəydə Ramiz Yediyarovun vəzifədən alınacağı və rayonu tərk edəcəyi günü səbirsizliklə gözləyənlərin əhali arasında mütləq çoxluq təşkil etdikləri birmənalıdır. Ancaq hələlik ki, bu rayonda Ramiz Yediyarovun zülmü davam edir. İnanırıq ki, bu hal müvəqqətidir.Ancaq biz indilik mövzumuzu bir qədər fərqli səmtə yönəltmək istəyirik. Fikirləşirik ki, görəsən bu yarıtmaz məmur görəvdən alınandan sonra onun cinayətə sürüklədiyi idarə və müəsissə rəhbərlərinin, əhaliyə divan tutan müavinlərinin aqibəti necə olacaq? Görəsən Ramiz Yediyarovdan sonra onun yerinə təyin ediləcək yeni başçı bu cinayətkar komandanı elə beləcə də saxlayacaqmı? Yoxsa onlar haqqında hansısa bir tədbir görəcək? Hər halda ümid edirik ki, bir tədbir görər. Axı hansı ağıllı dövlət məmuru deyək ki, Gədəbəy rayon Qaz İstismar İdarəsinin rəisi Məzahir Hüseyov kimi cinayətkar məmuru işdə saxlayar? Təbii ki, əgər Məzahir Hüseynovun saxta çeklərlə əhalidən ödənişləri yığaraq, əldə olunan pulun yarısını Ramiz Yediyarova təqdim etdiyi kimi, indi də onunla bölüşməsini istəməsə... Və yaxud hansı tədbirli icra başçısı təhsili məhvə doğru aparan səriştəsiz Baxış Nağıyevi vəzifədə saxlayar? Həmin Baxış Nağıyevi ki, Ramiz Yediyarovun qorxusundan bir məktəb direktoruna belə söz deyə bilmir. Yox, hər halda kimliyindən asılı olmayaraq yeni təyin olunacaq icra başçısı böyük ehtimalla bu məmurlar haqqında ölçü götürəsək. Təkcə inanmağımız gəlmir ki, Ramiz Yediyarova sədaqətdə yek olan 1-ci müavini Qüdrət Paşayevi və indi müavinin “müavini” işləyən Rüstəm Nağıyevi vəzifədən qoparmaq mümkün olsun. Ona görə yox ki,onlar yaxşı kadrlardır və yaxud arxalarında kimsə durur, xeyir. Ona görə mümkün deyil ki, bu iki məmur bütün yeni təyin edilən icra başçılarını ələ almağın yollarını çox gözəl bilirlər. Necə ki, üç il bundan əvvəl təyin edilmiş Ramiz Yediyarovu ələ ala bildilər. Bu həmin Qüdrət Paşayevdir ki, bir zamanlar keçmiş icra başçısı Kamran Rzazadənin də ən yaxın dostuna çevrilmişdi. Ancaq Kamran Rzazadə vəzifədən gedəndən sonra, yeni başçıya yaxınlaşmaq, onun xoşuna gəlmək üçün Kamran müəllimi tənqid atəşinə tutdu. Bu həmin o Paşayevdir ki, Milli İstiqlal partiyasını canından belə artıq sevdiyini hər yerdə bəyan edə-edə, öz yoluna da xəyanət etdi. Rüstəm Nağıyevə gəlincə isə, deyə bilərik ki, onun bu sahədəki “iş metodu” tamam başqadır. Etibarlı mənbənin verdiyi məlumata görə, Rüstəm Nağıyev yeni seçilmiş icra başçısını, ona işçilər haqqında “ətraflı” məlumat verməklə ələ ala bilir. Bu sahədə hər bir başçı ona etibar edə bilər.

Məhz bu bacarığının nəticəsidir ki, onun vəzifəsi ləğv olundusa da, Ramiz Yediyarova sədaqətlə qulluq etdiyinə görə başçı onu müavinin “müavini” vəzifəsinə təyin etdi. Biz bildiklərimizi yazırıq. Bu məqaləni də ona görə hazırladıq ki, Ramiz Yediyarov görəvdən alınandan sonra, onun yerinə təyin ediləcək yeni başçı bu adamlar haqqında az da olsa bilgili olsun. Rəhbərin yaxşı olması ordan bəlli olur ki, insanları düzgün seçib qiymətləndirməyi bacarır. Daha Ramiz Yediyarov kimi qüdrətlərə, rüstəmlərə inanıb rayonu iflic vəziyyətinə gətirmir. Əsil rəhbər o kəsdir ki,onun arxasında xalq durur. Biz əslində Ramiz Yediyarovu da qınamırıq. Ona görə ki,bu məmur özü də vaxtı ilə Qüdrət və Rüstəmdən fərqli biri olmayıb. Bircə arzumuz odur ki, gədəbəylilərin sinəsində qarayaraya çevrilən Ramiz Yediyarovun zülümü nəhayət ki, sona yetsin. İnanırıq ki, tezliklə möhtərəm prezdentimiz İlham Əliyev cənabları Gədəbəy əhlini bu məmurun cəngindən qurtaracaq.Amma Ramiz Yediyarov belə adamdır ki, hətta bir ayağı burda, bir ayağı yolda (!) olan bir vəziyyətdə də ara qarışdırmaqdan, intriqalar qurmaqdan əl çəkə bilmir. Elə məzuniyyət öncəsi, bir neçə gün bundan əvvəl Gədəbəyin Kiçik Qaramurad kəndində sakinlərlə keçirdiyi görüşdə də icra başçısı məhz bu məqsədləri güdürdü. Həmin görüşdə iştirak etmiş mənnbələr bildirirlər ki, Ramiz Yediyarov etdiyi çıxışında bir daha sahibkar Okty Əliyevin obyektini sökdürməsi məsələsinə toxunaraq, bu xüsusda özünə haqq qazandırmağa çalışmışdır.

Törətdiyi haqsızlıqlara don geyindirmək istəyən başçı demişdir: “Bilirsiniz ki, Qalakənddə İbrahim kişinin uşaqları həm camaatın örüş sahələrini zəbt edərək orada obyekt tikmişdilər, həm də Şəmkirçayın qarşısını kəsərək, bütün balıq ovunu öz əllərinə almışdılar. Mən də bu özbaşınalıqların qarşısını almaq üçün onların obyektlərini uçurdum...” Bəli, Ramiz Yediyarov, siz bunu etdiniz, siz Gədəbəyin bu gözəl guşəsində, hətta ermənistanla sərhəddin yaxınlığında tikilmiş bu möhtəşəm obyekti ağır texnikanı cəlb etməklə dağıtdınız, yerlə yeksan etdiniz. Hətta biz təəccüblənirik ki, məhkəmə salonlarında bu faktı etiraf etməkdən qorxaraq, təmsilçilərinizə söküntünün meşə mühafizəsi idarəsi tərəfindən həyata keçirildiyini söyləməyi tapşırdığınız halda, sakinlərlə görüşdə “diliniz çaşıb, düzünü deyib.” Halbuki, həmin ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olmaqla, nə sizin quruma bir aidiyyatı yox idi, nə də örüş sahəsi ola bilməzdi. Daha sonra siz, Ramiz Yediyarov, görüşünüzüə gələn insanları qəsdən aldadaraq onlara Oqtay Əliyevlə aranızda olan məhkəmə çəkişməsini “udduğunuzu” bəyan etmisiniz. İlk öncə diqqətinizə çatdıraq ki, məhkəməni “udmurlar”. Məhkəmə irəli sürülən iddianı nəzərdən keçirərək ədalətli qərar verir. O cümlədən, birinci instansiya rayon məhkəməsi də işi obyektiv olaraq araşdırdıqdan sonra, məhz sizin törətdiyiniz əməllərin qanunsuz olduğunu nəzərə alaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin sahibkar Oktay Əliyevin xeyrinə 66626 (altımış altı min altı yüz iyirmi altı) manat məbləğində cərimə olunmasına dair qərar qəbul etmişdi.

Amma əlbəttə ki, siz də öz ədalətsizliyinizdə, haqqsızlığınızda tək deyilsiniz. Sizin də dəstəyiniz var. Və bu dəstəyin sayəsində, Gəncə Apellyasiya Məhkəməsi Oktay əliyev tərəfindən təqdim olunan sənədləri belə nəzərə almadan, söküntü işlərinin guya ki, Gədəbəy RİH tərəfindən deyil, meşə mühafizəsi idarəsi tərəfindən həyata keçirildiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını ləğv etdi. Halbuki, yuxarıda qeyd olunduğu kimi, siz özünüz də Kiçik Qaramurad kəndində sakinlərlə keçirdiyiniz görüşdə əsil həqiqəti etiraf etdiniz. Amma bizim dövlətimizin ədaləti hər kəsə yetər. Artıq sizin də bildiyiniz kimi, Ali Məhkəmə işin bütün hallarını nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin qərarını jəğv etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Siz isə, Ramiz Yediyarov, bütün bunları bilə-bilə yenə də rayonda və kəndlərdə insanlara yalan məlumatlar verirsiniz. Bəs deyilmi bu insanların hissiyyatları ilə oynadınız? Bəs deyilmi rayon mərkəzində obyektlərini uçurduğunuz insanların ailələrinin çörəklərinə bais olduğunuz? Bəs deyilmi sizdən haqlı şikayət edənlərin qızlarını, gəlinlərini təqib etdiyiniz, onları şərlətdirərək işlərindən aldırdığınız? Hansını deyək, hansından yazaq? Bəs deyilmi bütün bu əməllərinizlə gədəbəylilərin nifrətini qazandığınız?


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...