Goranboyun icra başçısının ilginc maxinasıyası FOTOLAR

Goranboyun icra başçısının ilginc maxinasıyası


Nizaməddin Quliyev tikilməyən divarların yerinə 10 nəfərin saxladığı süni üzlük qoydurub. Hələ bir müddət əvvəl Goranboy rayonuna səfər edən dövlət başçısı İlham Əliyev orada bir sıra obyektlərin açılışında olub. Həmin vaxt rayonda yolkənarı divarların inşasını guya başa çatdığını nümayiş etdirmək üçün icra başçısı Nizaməddin Quliyev qəribə bir vasitəyə əl atıb.
Məlumata görə, rayonun bəzi hissələrində yolun kənarında inşa edildiyi deyilən, əslində isə plastik və ya parça üzlüklə bəzədilmiş divarlar dövlət başçısına göstərilib və bildirilib ki, guya, nəzərdə tutulan divarlar artıq inşa edilib. Əslində isə həmin divarların arxasında 10-a yaxın adam divar yerinə çəkilmiş süni «divar»ları əlləri ilə saxlayıblar.


Məlumatda o da vurğulanır ki, dövlət başçısı getdikdən sonra sözügedən divarların yerinə çəkilmiş süni üzlük götürülüb. Və həqiqət bütün çılpaqlığı ilə üzə çıxıb. Amma Nizaməddin Quliyev Goranboyun baş həkiminə qəti təlimat verib ki, öz vəsaiti hesabına tez bir zamanda divarları inşa etdirsin.

Xatırladaq ki, icra başçısı Nizaməddin Quliyevin adı daha bir qalmaqallı məsələdə hallanır. Belə ki, onun oğluna məxsus, Toğana kəndi yolunun üzərində yerləşən «Dost Qapısı» adlı çay evinə qeyri-qanuni yolla çəkilmiş elektrik xətti aşkarlanıb. Liderinfo.az-ın əldə etdiyi məlumata görə, Goranboy İcra Hakimiyyətinin işçilərinin məcburi qaydada göndərildiyi və hər gecə orada çay içməli zəruri olan «Dost Qapısı» çay evində aşkarlanan qanunsuz elektrik xəttini Mingəçevirdən gəlmiş mütəxəssislər aşkarlayıblar. Regional İdarənin əməkdaşları həmin xətləri ləğv edərək, obyektə cərimə yazıblar. Əgər bir icra başçısı dövlətə məxsus elektrik enerjisini oğurlamağa cəhd edirsə, onun rayonu hansı vəziyyətə qoyduğu çox maraqlıdır.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Goranboyun icra başçısının ilginc maxinasıyası
Goranboyun icra başçısının ilginc maxinasıyası
Goranboyun icra başçısının ilginc maxinasıyası
Goranboyun icra başçısının ilginc maxinasıyası
/liderinfo/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...