Aydın Əliyevin adamlarından kənd təsərrufatına ağır zərbə ŞİKAYƏT VAR

Aydın Əliyevin adamlarından kənd təsərrufatına ağır zərbə


Ötən il dövlət büdcəsindən nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün "Aqrolizinq" ASC-yə 13,5 milyon manat, habelə Süni Mayalama Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 1,5 milyon manat vəsait ayrılıb.

Bundan başqa, ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" ASC-yə kənd təsərrüfatı məhsulları istehsalçılarının xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün daha 10 milyon manat vəsait ayrılıb. Ölkə rəhbərliyi damazlıq heyvanların idxalı və kənd təsərrüfatı sektorunun inkişafını daim diqqət mərkəzində saxlayır. Lakin gömrük orqanlarında hökm sürən problemlər, yersiz tələblər bu sahə üzrə fəaliyyət göstərən sahibkarları çıxılmaz vəziyyətdə qoyub.

Ötən gün şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Binəqədi rayonu 2-ci İzlivnoy küçəsi ev 17 ünvanında yaşayan Süleymanov İrşad Əlseyran oğlu Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin rəhbər şəxslərinin özbaşına əməllərinə etirazını bildirdi. 2013-cü ildən fiziki şəxs kimi heyvandarlıqla məşğul olduğunu deyən vətəndaş damazlıq mal-qaranı Rusiyanın Kalmıkiya vilayətindən, kəsim məqsədilə isə bəzi hallarda Dağıstan respublikasından gətirdiyini vurğuladı: "2014-cü ildə Azərbaycan Beynəlxalq Bankından köçürmə ilə Kalmıkiya vilayətinin Ulanxol damazlıq təsərrüfatı ilə müqaviləyə əsasən damazlıq mal-qara aldım. İyun ayının 25-də səhər saatlarında yüklü maşınla Samur Keçid Məntəqəsinə çatdıq. Burda malların çəkisi və "birka" nömrələri yoxlandı.

Bu zaman malların respublikaya buraxılışında bəzi problemlər yarandı. Malın hər başı üçün broker fəaliyyəti ilə məşğul olan cavan bir oğlan məndən 60 dollar pul istədi. Cənab prezidentin göstərişi var ki, damazlıq istiqamətində ölkəyə gətirilən mal-qara gömrük rüsumundan azaddır. Bunu gömrüyün işçisinə bildirdim. Daha sonra buraxılışı yazan gömrük işçisinə yaxınlaşıb özümü təqdim və sənədlərin yoxlanmasını xahiş etdim. Onlar baytar həkimlə bir yerdə sənədlərimi yoxladılar. Dedilər ki, kiminsə göstərişi olmasa, mal-qara ölkə ərazisinə buraxıla bilməz. Sənədlərin hamısı qaydasında idi. Sonra kiməsə zəng vurdular və yalnız bundan sonra malları respublikaya buraxdılar". İrşad Süleymanov bildirdi ki, gətirdiyi mal-qaranı rəsmiləşdirmək üçün Xaçmaz Gömrük İdarəsinə gedib: "Yük şöbəsində dedilər ki, get maliyyə şöbəsində vəziyyəti araşdır, sonra gəl malırəsmiləşdirək.

Maliyyə şöbəsinin rəisi Məzahir müəllimə yaxınlaşdım və onunla səmimi görüşdüm. Qeyd edim ki, bundan öncə də ölkəyə damazlıq mal gətirmişdim. Həmin vaxt malın bir maşını üçün 236 manat rüsum ödəmişdim. Məzahir müəllim etiraz etmədiyini və müəyyən xərclərin ödənməsindən sonra malırəsmiləşdirə biləcəyini söylədi. Hər mal üçün məndən 180 dollar pul tələb etdi. Pulu vermək istəməyəndə aramızda narazılıq yarandı. İdarənin rəsmi şəxlərindən xahiş etdim ki, məni yeni rəis Azər Məmmədovla görüşdürsünlər. Amma rəis məni qəbul etmədi. Bildirdilər ki, baytarlar gedib sizin malı yenidən yoxlayacaqlar. İki nəfər baytar həkimi gəlib tövlədə 55 baş damazlıq malı yoxladılar. Biz birlikdə Xaçmaz Gömrük İdarəsinə qayıtdıq. İdarənin rəis müavini Zal müəllimin yanında oldum. O dedi ki, baş verənlər barədə rəisə məruzə edib sənə söz deyəcəm. Rəis bu dəfə də məni qəbul etmədi. Malıİpək Yolu terminalındakı laboratoriyaya göndərdiklərini açıqladılar. Daha sonra isə cavab gələndən sonra malırəsmiləşdirəcəklərini dedilər. Üstündən üç gün keçdikdən sonra növbəti dəfə Xaçmaz Gömrük İdarəsinə yollandım. Burda mənə gömrük bəyannaməsi yazıldı. Bəyannamədə gətirdiyim damazlıq mal safqanlı və cins olmayan kimi göstərilmişdi. Etirazımı bildirərək bəyannaməyə qol çəkmədim. Bəyannamənin köçürmə qiymətini 9932 manat hesablamışdılar. İdarənin səlahiyyətli şəxslərinə bu özbaşınalıqla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyimi dedim və oranı tərk etdim. Mən hər zaman cənab prezidenti dəstəkləmişəm.

Qazandığım pulla Bakı ətrafında və bütün hərbi hissələrdə hər il ağacəkmə kampaniyası həyata keçirirəm. İndiyə kimi minlərlə ağac əkmişik. Mən həm də 1 il 5 aydır ki, Müşfiqabad dini icmasının sədri vəzifəsində çalışıram. Ötən dövr ərzində Müşfiqabad məscidində böyük nailiyyətlər əldə etmişik. Allah şahiddir ki, maldarlıq təsərrüfatından əldə etdiyim qazancın bir hissəsi bu məscidin saxlanmasına sərf olunur. Bunu Xaçmaz Gömrük Məntəqəsində deyəndə maliyyə şöbəsinin rəisi Məzahir müəllim "sən dinlə gedib başqa yerdə məşğul olarsan. Bizim pulumuzu verməsən, malın müsadirə ediləcək" cavabını verdi. Bu günə qədər bir neçə məmurun qəbulunda olmuşam. Onlar hamısı məni yaxşı qəbul ediblər. Amma Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov məni qəbul etmək istəmədi. Qəzet vasitəsilə cənab prezidentə müraciət edib ondan kömək istəyirəm". Qeyd edək ki, Xaçmaz Gömrük İdarəsində bu ilin may ayında kadr islahatı aparılıb. İdarənin keçmiş rəisi Elçin Quliyevi bu vəzifədə Azər Məmmədov əvəzləyib. Məlumat üçün bildirək ki, Azər Məmmədov buna qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini vəzifəsində çalışıb. Deyilənə görə, o Gömrük Komitəsinin sədri Aydın Əliyevin kadrıdır.\gundelik-baku\


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...