QƏBƏLƏDƏ MƏMUR ACGÖZLÜYÜ ŞİKAYƏT

QƏBƏLƏDƏ MƏMUR ACGÖZLÜYÜ

Qəbələ rayonundan GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaş qarşılaşdığı ədalətsizlikdə bağlı olaraq dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Rayonun Böyük Pirəli kənd sakini Kamil Mirzəliyev bildirir ki, illərlə mülkiyyətində olan bina onun əlindən alınıb. Prezidentə edilən müraciətdə Kamil Mirzəliyev yazır ki, uzun illər Rusiyada milis orqanlarında işləyib. 1990-cı ildən sonra isə Azərbaycana keçirmə alaraq öz vətəninə qayıdıb. Elə həmin illərdə Böyük Pirəli kəndində kolxozun 2 otaqlı baytarlıq məntəqəsində məskunlaşıb.

GUNDEMİNFO.AZ-a yazan şikaytəçi bildirir ki, daha sonra bütün ailə üzvləri ilə həmin 2 otaqlı məntəqədə qeydiyyata düşür.Hətta bu daxmada məskunlaşan müraciətçimiz sonradan qanuni yolla pay torpağı aldığını da yazır. Lakin sonradan Qəbələdə məmurların acgözlüyü nəticəsində Kazım Mirzəliyevin daxması və torpağına göz dikənlər olub.

Həmin müraciəti olduğ kimi təqdim edirik:

Üzləşdiyim qanunsuzluğa və özbaşınalığa görə mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət etmək istəyirəm.Mən Rusiya milisində işləmişəm, 1990-cı il tarixdə oradan Azərbaycana işləməyə keçirmə almışam.Həmin ildən Qəbələ rayon Polis Şöbəsində polis zabiti kimi asayışın keşiyində dayanıb dövlət qulluğunda olmuşam.Bununla həmişə fəxr edirəm.1990-cı il tarixdən Qəbələ rayonunun Böyük Pirəli kəndində yaşamışam.Müraciətim əsasında həmin kəndin "M.F.Axundov" adına kolxozun sədrinin icazəsi ilə istifadə olunmayan baytarlıq məntəqəsinin 2 otaqlı binasında ailəmlə yaşamağa başladım.Yararsız olan həmin binanı tam təmir etdirdim.Hər il vaxtlı vaxtında bütün kommunal xərclərini ödəyirəm.Həmin kənddə həmin bina yerləşən ünvüna daimi qeydiyyatdayıq.Hal-hazırda da həmin ünvanda daimi qeydiyyatdayıq. 20.09.1994-cü il tarixli ərizəmə əsasən "M.F.Axundov" adına kolxozun 07.03.1995-ci il tarixli qərarı ilə mənə 0,12 ha. həyətyanı torpaq sahəsi verildi.Respublikada Torpaq islahatı keçirilən vaxt müraciətim əsasında Qəbələ rayonu Böyük Pirəli kəndi Aqrar İslahatlar Komisiyasının qərarı ilə yaşadığım binanın yrləşdiyi torpağa bitişik ərazidən bizə əlavə olaraq 0,15 ha torpaq sahəsi verildi.Bununla da ümumilikdə "M.F.Axundov" adına kolxoza məxsus ərazidən mənə 0,27 ha torpaq sahəsi qanunu qaydada verilmişdir.Bu günə qədər yaşadığım həmin binanı mühafizə edib qoruyub saxlamışam, dəfələrlə təmir etdirmişəm.Həmin mülkiyyət üzərində istifadə, sahiblik və sərəncam vermə hüquqlarını mən həyata keçirmişəm.Mənim iddiamın təmin edilməsinə və Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən və JN-304 A və JN-304 B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mənim mülkiyyətimə verilmiş torpaq sahəsində olan, 20 ildən artıq faktiki istifadəmdə olan binanın üzərində mənim mülkiyyət hüququmun tanınmasına və adıma rəsmiləşdirilməsinə dair Qəbələ rayon Məhkəməsi 10 noyabr 2009-cu il tarixdə Qətnamə çıxartmışdır (hakim Tofiq Məmmədovun sədirliyi ilə).Bu qətnamə əsasında 02.02.2010-cu il tarixdə mənim mülkiyyətimə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir.Bundan 5 il sonra Qəbələ Rayon Baytarlıq Xidməti İdarəsinin rəisi Abdurəhmanov Bəhman Əmircan oğlunun verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsinə və Qəbələ rayon məhkəməsinin 10.11.2009-cu il tarixli Qətnaməsinin ləğv edilməsinə dair Şəki Apellyasiya Məhkəməsi qərardad çıxarmışdır.Bundan sonra Qəbələ rayon Baytarlıq idarəsi məhkəmədə iddia qaldıraraq mənim və həyat yoldaşım Bəyinxanım Mirzəliyevanın Qəbələ rayonu Baytarlıq İdarəsinin Qəbələ rayon Böyük Pirəli kəndində yerləşən baytarlıq məntəqəsindən məcburi qaydada çıxarılmağımızı xahiş etmişdir.Qəbələ rayon Məhkəməsi heç bir araşdırma aparmadan 06 mart 2015-ci il tarixdə iddianın təmin edilməsinə dair qətnamə çıxartmışdır.(hakim Vahid Sadıqov) Qəbələ rayon məhkəməsinin hakimi Vahid Sadıqov heç bir araşdırma aparmadan tam qanunsuz, əsassız qətnamə çıxartmışdır ki, bunu təsdiq edən konkret və mötəbər sübutlarımız var.Qəbələ rayon məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişik.Qəbələ rayon məhkəməsinin bu qanunsuz , əsassız qətnaməsi bizim ailəni çox sarsıtmışdır.Məhkəmə hakimi V.Sadıqov dövlət qanunlarını yox, şəxsi maraqlarını ali tutaraq qanunsuz qətnamə çıxartmışdır.Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 22.08.2014-cü il tarixli qərardadında Qəbələ rayonu Baytarlıq İdarəsinin Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən baytarlıq məntəqəsi üzərində mənə mülkiyyət hüququnun verilməsinə dair DƏDRX-in 16 saylı Ərazi İdarəsinin 02.02.2010-cu il tarixli reyestr çıxarışı ləğv və ya etibarsız sayılmasına dair heç bir müddəa yoxdur. Belə olan halda Qəbələ rayon məhkəməsinin Qəbələ rayonu Baytarlıq İdarəsinin Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən baytarlıq məntəqəsindən bizim məcburi qaydada çıxarılmağımıza dair qətnaməsi tam qanunsuz və əsassız sayılmalıdır. Qeyd edim ki, 1961-ci ildə istismara verilmiş Qəbələ rayonu Böyük Pirəli kəndində "M.F.Axundov " adına kolxozun fermasına xidmət edən bu baytarlıq məntəqəsi həmin kolxoz tərəfindən inşa edilmiş və oranın balansında olmuşdur.Aqrar islahatlar aparılan vaxt kolxozun mülkiyyəti paylara bölünən zaman həmin bina və yerləşdiyi ərazidəki torpaq sahəsi qanunu qaydada bizim ailəyə verilmişdir.Biz yaşadığımız 1990-cı il tarixdən bu günədək həmin binada baytarlıq məntəqəsi heç bir fəaliyyət göstərməmişdir.Biz həmin binanı zəbt etməmişik, qanunu sənədlə razılıqla orada yaşayıb öz mülkiyyətimiz kimi istifadə etmişik, öz vəsaitimiz hesabına təmir etdirib qoruyub saxlamışıq.Bundan başqa həmin baytarlıq məntəqəsi dövlət tərəfindən bizim ailəyə verilmiş torpağın üzərində yerləşmişdir.

Baytarlıq Xidməti İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlər tam saxtadır, sonradan hansısa şübhəli yollarla əldə edilmişdir.Bu günə qədər Baytarlıq İdarəsinin susub məntəqə binasını tələb etməməsidə araşdırılmamışdır.Həmçinin Qəbələ rayon ərazisində Baytarlıq Xidmətinə aid digər belə iki məntəqə binası da var ki, orada da ailələr yaşayır.Mən bunu Qəbələ rayon məhkəməsinin nəzərinə çatdırdım.Hakim Vahid Sadıqov aldığı rüşvətin miqdarından həvəslənib iddiaçıya xoş getsin deyə bizə bildirdi ki; çünki siz Ucar rayon sakinlərisiniz buna görə də o bina sizdən alınmalıdır. Ucar rayonunda doğulsaqda 1990-cı il tarixdən Qəbələ rayonunun Pirəli kəndində daimi qeydiyatda olduğumuzu məhkəmənin nəzərinə çatdırsaq da əhəmiyyət vermədi. Öz maddi maraqlarını dövlət qanunlarından üstün tutan, Mülki Prossesual Məcəllənin tələblərini ciddi şəkildə qəsdən pozan hakim Vahid Sadıqovun barəsində intizam icraatı başlanılmalıdır və onun barəsində qanunu tədbirlər görülməlidir.Hörmətli Prezidentimiz İlham Əliyev çıxışında vurğulamışdır ki, Məhkəmənin qərarı ədalətli olmalıdır, çünki məhkəmə qərarının ədalətsizliyi insanların taleyinə ciddi təsir göstərir. Saxtakar hakim Vahid Sadıqovun qanunsuz qətnaməsi bizim ailənin həyatına , taleyinə ciddi təsir göstərmişdir.25 il yaşayıb qoruyub saxladığımız , təmir etdirdiyimiz və mülkiyyət hüququ aldığımız evimizdən məcburi qaydada çıxarılmağımıza dair qətnamə çıxarılması ciddi qanunsuzluq olmaqla həm də cinayət faktıdır. Həyat yoldaşım 23 il Qəbələ rayonu Böyük Pirəli kənd orta məktəbində müəllimə işləyib.Özüm isə 14 il Rusiya milisində , 21 il isə Azərbaycan polisində zabit kimi asayişin keşiyində dayanmışam.Qarabağın azadlığı, vətənimizin suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Qarabağ müharibəsi veteranıyam.Hazırda özümdə, həyat yoldaşımda təqaüddəyik. İnsanların həyatına bəlalar gətirən Vahid Sadıqov kimi hakimlər hələdə mövcuddur ki, onların barəsində qanunu qaydada ciddi tədbirlər görülməsinə zərurət var.Belə saxtakar hakimlər öz maraqları naminə qanunsuz qərarlar çıxarıb Azərbaycan Respublikası adına ləkə gətirirlər. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edib xahiş edirəm Sizə göndərdiyim şikayət ərizəmi təqddim etdiyim sənədləri tam , hərtərəfli və obyektiv araşdırıb qanunu tədbirlər görüb, bizə yaxından köməklik göstərəsiniz, öz maddi marağına görə qanunsuz qərar çıxarmış hakim Vahid Sadıqovun barəsində ciddi ölçülər götürəsiniz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...