Gömrük Komitəsi ləğv olunur? ilginc iddia

Gömrük Komitəsi ləğv olunur?


Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, bununla bağlı prezident fərmanı artıq hazırdır və yaxın günlərdə elan ediləcək. Gömrük sisteminin həddən artıq korrupsiyalaşması, o biri tərəfdənsə neft gəlirlərinin azalması fonunda iqtisadiyyatın liberallaşdırılmasına zərurətin ortaya çıxması gömrük xidmətinin indiki strukturunun ləğvi və yenidən qurulmasını qaçılmaz edir.

İstiqlal.az xatırladır ki, hələ 1 il öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük yüklərinin bəyan edilməsinin ASAN xidmətə verilməsi layihəsinin mövcud olduğunu bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...