Bərdədəlilər Səlim Müslümova icra hakimiyyətindən şikayət etdilər İLGİNC

Bərdədəlilər Səlim Müslümova icra hakimiyyətindən şikayət etdilər


Bərdə şəhər icra hakimiyyətinin başçısı Vidadi İsayev vətəndaş şikayətlərinə əhəmiyyət vermədiyindən insanlar mətbuat vasitəsilə dövlət başçısına və digər əlaqədar yüksək ünvanlara müraciət etmək zorunda qalırlar. GUNDEMİNFO.AZ-a danışan Bərdə sakinləri deyirlər ki, icra başçısının şəxsən qəbuluna düşmək ümumiyyətlə mümkün deyil. Rəsmi qəbul günlərində isə adətən köməkçisi qəbul edir.
Aprelin 24-də isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bərdədə vətəndaşları qəbul edib. Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonundan olan vətəndaşların müraciətlərini qəbul edən nazir əsasən Vidadi İsayevin insanlarla davranışından narazı qaldıqlarını bildiriblər.
GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, Səlim Müslümovla görüş zamanı vətəndaşlar daha çox yerli icra strukturlarından narızı olduqlarını bildiriblər. Maraqlıdır ki, nazirə şikayət edən vətəndaşların əksəriyyəti ilk öncə narazılıqlarını icra başçısına çatdırmaq istədiklərini söyləyiblər. Səlim Müslümovun Bərdədə keçirdiyi görüşdə, bu rayonda məskunlaşmış Ağdam və Laçından olan vətəndaşlar da Vidadi İsayevdən şikayətçi olduqlarını ifadə ediblər.
Məlumatlara əsasən protokol qaydası olaraq nazirə yerli icra hakimiyyətindən ünvanlanan şikayətlərin baxılması üçün Bakıya götürüldüyü söylənilir. Şikayətlərin əksəriyyəti isə sosial yardımlar, pensiya təminatı və digər sosial hüquqların bərpası məqsədilə yerli əhalinin icra strukturlarından lazım olan sənədləri ala bilməmələri göstərilir. Bərdə sakinləri Bərdənin yerli icra strukturları tərəfindən sıxışdırıldıqlarını və artıq dözülməz həddə çatdırıldıqlarını da bildiriblər.
GUNDEMİNFO.AZ olaraq Səlim Müslümovun Bərdədə keçirdiyi görüş zamanı vətəndaşların sosial hüquqlarının bərpası ilə bağlı yerli icra strukturları tərəfindən ciddi çətinliklə üzləşməsinə dair detallıca araşdırma hazırlayırıq.
Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...