İcra başçısı niyə qaçıb?- 280 MİLYONLUQ QALMAQAL

Xaləddin İsgəndərovun Avropaya sığındığı iddia edilir, nazirin qohumunun ölkədən qaçmaq məcburiyyətində qaldığı deyilir
Ötən günlərdə Binqədinin icra baaşçısı Xaləddin İsgəndərovun ölkədən qaçdığına dair məlumat yayılmışdı. JAM.AZ xəbər verir ki, icra başçısının məzuniyyət adı ilə ölkədən çıxdığı, lakin geri dönmək niyyətində olmadığı vurğulanırdı.
Alınan son bilgilərə görə, Xaləddin İsgəndərovun Avropa ölkələrindən birindədir. Ailəsi ilə birlikdə istirahət edən icra başçısının ölkəni tərk etməsinin səbəbi isə olduqca ilginc bir iddia ilə bağlıdır. JAM.AZ-a verilən məlumatda deyilir ki, Binəqədi rayonunda binanın yanmasından sonra araşdırmalara başlayan Respublika Prokurorluğu və Hesablama Palatası Xaləddin İsgəndərovun rəhbəri olduğu ərazidə külli miqdarda yeyinti halı aşkarlayıblar. İddiaya görə, təkcə binaların penoplast üzlüklə üzlənməsi zamanı yol verilən yeyintilərin miqdarı kimi, 258 milyon manat göstərilir. Daha doğrusu, bu qədər vəsaitin böyük qismi şişirdilmiş xərclərdən ibarət olub.
Məlumatda vurğulanır ki, Xaləddin İsgəndərova hətta bununla bağlı istintaq orqanları suallar da veriblər. Amma icra başçısı çəkilən ümumi xərcəin 258 milyon manat olmasından xəbərsiz olduğunu deyib. Və rəqəm olaraq 25,8 milyon manat göstərib.
JAM.AZ xəbər verir ki, istintaq orqanlarının araşdırmasından sonra ortaya bir başqa ilginc ad da çıxıb. Mənbə həmin şəxsin yüksək vəzifə tutduğunu qeyd edərək, hələlik ad çəkməkdən imtina edib. Bildirib ki, penoplast korrupsiyasının bütün ip ucları həmin adamda birləşir və istintaq başa çatdıqdan sonra onun həbs olunma ehtimalı da var. Üstəlik, bu işdə əli olan icra başçılarının da aqibətinin yaxşı olmayacağı vurğulanır.
Xatırladaq ki, Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yaxın qohumudur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
410 dəfə oxundu