Ağstafada sahibkarın əmlakını kim əlindən alıb? foto sənədlər

GUNDEMİNFO.AZ-ın redaksiyasına müraciət edən Ağstafa rayon Dağkəsəmən kənd sakini Oqtay Əmirov mətbuat vasitəsilə dövlət başçısından kömək istəyib. Yerli icra hakimiyyətindən, yerli məhkəmələrdən narazı olan vətəndaş iddia edir ki, 37 ildir ki, mülkiyyətində olmuş 10 sot həyatyanı sahəni Alik Muradov əlindən alıb:
Hörmətli Cənab Prezidentimiz!
Yaşadığım Dağkəsəmən kəndi ərazisində 2007-ci ildə alqı-satqı yolu ilə 10 sot həyətyani torpaq sahəsi almışam. Bütün sənədlərim qaydasında olduğu halda torpağım əlimdən alınır. Həmkəndlim Muradov Alik Fuad oğlu rayonumuzun səlahiyyətli orqanları ilə əlbir olaraq mənim torpağımı əlimdən alırlar. Dövlət orqanlarına dəfələrlə müraciət etmişəm deyirlər get məhkəmə həll eləsin. Məhkəmələrə də müraciət etmişəm iki ildirki məni süründürürlər. Bütün sənədləri ilə mənə məxsus olan bu torpağı mənə dövlətim veribsə, mənə aid olan torpağı yalnız dövlətimə verə bilərəm. Nəyə görə kimsə gəlib qanunsuz yolla mənim və mənim kimi 4 ailənin torpağını zəbt etməlidir. Kimə müraciət ediriksə şikayətimizə baxan yoxdu. Sizdən bir Azərbaycan vətəndaşı kimi, 37 ildirki vergi ödəyən bir sahibkar kimi xahiş edirəm bu işdə bizə köməklik göstərilməsi üçün tapşırıq verəsiniz.
Əmirov Oqtay Musa oğlu Ağstafa rayon Dağkəsəmən kənd sakini
364 dəfə oxundu