Əziz Əzizov Kərəm Həsənova meydan oxuyur İLGİNC
Bu yaxınlarda Cəlilabadda keçirilən rəsmi tədbirə belə Əziz Əzizov Malik Həsənovu dəvət etməməklə vəziyyəti bir qədər də dramatikləşdirib
Çəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova qarşı üsyan bayrağı açdıqğı haqqında haqında davamlı olaraq məlumatlar yayılmasına baxmayaraq, nə Əziz Əzizov nə də Kərəm Həsənov aralarındakı qarşıdurmanın olub-olmadığı haqqında hər hansı bir açıqlama verməyiblər. Daxil olan məlumata görə, Cəlilabad rayon İH-nin başçısı Əziz Əzizovla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri arasında olan qarşılıqlı nifrət o həddə çatıb ki, tərəflər bir-birini belə görəmək istəmirlər. Məlumata görə Kərəm Həsənov biznesmen qardaşı Malik Həsənovu yenidən Cəlilabadın millət vəkili etməsi istiqamətində var gücü ilə çalışmasına baxmayaraq Əziz Əzizov Malik Həsənovun yenidən millət vəkili seçilməsinə bütün gücü ilə maniələr yaradacağını bir başa Kərəm Həsənovun üzünə deyib. Məlumata görə. Bu yaxınlarda isə Cəlilabadda keçirilən rəsmi tədbirə belə Əziz Əzizov Malik Həsənovu dəvət etməməklə vəziyyəti bir qədər də dramatikləşdirib.
Məlumata görə, Əziz Əzizovun bu addımından sonra Malik Həsənovun özü ilə də telefonda atışıblar. Məlumatlı mənbələrin iddiasına görə, rayonda mövcud olan restoranların birində Əziz Əzizov nahar edən zaman Malik Həsənov zəng edib və onu hansı səbəbdən tədbirə dəbət etmədiyi haqqından icra başçısından hesabat istəyib. əziz Əzizovda "Tədbiri mən keçirirəm,kimi çağırıb, çağırmayacağımıda mən özüm bilirəm”-deyə Malik Həsənova cavab verib.
Hətta şahidlərin sözlərinə görə, icra başçısı müəyyən yuxarı dairələrə məlumat belə verib. Məlumatın nə qədər doğru olub olmadığını Cəlilabad rayon İH-nin başçısı ƏzizƏzizovla və millət vəkili Malik Həsənovla dəqiqləşdirmək istədik. Amma çox təssüflər olsun nə İH-nin başçısının, nə əd millət vəkilinin mövcud olan telefonların açıb, sualımızı cavablandıran tapılmadı. -
"Gündəmşok"
4492 dəfə oxundu