Fazil Məmmədovun otelləri əlindən alınır

Fazil Məmmədovun otelləri əlindən alınır

Sabiq vergilər naziri Fazil Məmmədovun
otelləri əlindən alınır. Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası haqda müxtəlif məlumatlar yayılmaqdadır. Onlardan daha biri barədə Criminal.az saytına maraqlı məlumat daxil olub


Bildirilir ki, Şabran rayonunda istifadəyə verilən “Qalaaltı Hotel Spa” kompleksi Fazil Məmmədova məxsus olub. Həmin istirahət mərkəzinin açılışında bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də iştirak edib. F.Məmmədov nazir postundan alınandan sonra həmin istirahət kompleksi də əlindən alınıb. Komplektin rəhbər heyəti yenilənib. “Qalaaltı Hotel Spa”nın kimə verilməsi barədə müxtəlif versiyalar olsa da, dəqiq sahibi açıqlanmır.

“Yeni Müsavat”a daxil olan məlumatda isə deyilir ki, Şabrandakı otelindən savayı Fazil Məmmədovun Naftalanda yerləşən “Çinar”, Gədəbəydəki “Yastımeşə” otelləri əlindən alınıb.

Qeyd edək ki, Şəmkir rayonunda “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirindir. Bundan başqa, “Şəmkir-Quşçuluq” MMMC, “Şəmkir Ət-süd” MMC, “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, Fazil Məmmədovun xaricdəki bizneslərindən biri Ukraynanın kurort şəhəri Turskovetsdə yerləşir. Olduqca lüks oteli “Mir” öz dəbdəbəsi ilə hər kəsi cəlb edir. Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bundan başqa Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu “11 Mirrors Design Hotel”i, siqaret, təkər zavodu və böyük bazarı var. Hazırda bu əmlakların da siyahıya alınması prosesi gerçəklşdirlir. Yaxın zamanlarda sabiq nazirdən qeyd edilən əmlaklarının alınacağı haqda da məlumat var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...