“Muğan Bank”da bir ildə 6 milyonluq zərər - Bankın geriliyən HESABATI

“Muğan Bank”da bir ildə 6 milyonluq zərər -

"Muğan Bank”ın 2017-ci il üzrə maliyyə nəticələrini məlum olub.

AZXBER.COM xəbər verir ki, bank ötən ili 6,341 milyon manat xalis zərərlə başa vurub.

Ötən il "Muğan Bank”ın faiz gəlirləri 42,812 milyon manat, faiz xərcləri 16,193 milyon manat, qeyri-faiz gəlirləri 10,897 milyon manat, qeyri-faiz xərcləri 24,844 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 19,013 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə "Muğan Bank”ın aktivləri 480,177 milyon manat olub ki, bu da illik müqayisədə 2% çoxdur. Bunun 349,071 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 0,9% böyüyüb.

Hesabat dövründə "Muğan Bank”ın öhdəlikləri 0,9% artaraq 411,16 milyon manat olub. Bunun 201,754 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 5% böyüyüb.

İl ərzində "Muğan Bank”ın balans kapitalı 9,1% artaraq 69,017 milyon manata, nizamnamə kapitalı isə 13,3% artaraq 85 milyon manata çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...