Sosial şəbəkələrin “qara piar kralı” Əli Kərimlinin siyasi karyerasının acınacaqlı sonu: İqtidarın gizli saxladığı qovluqlarda nələr var?

Sosial şəbəkələrin “qara piar kralı” Əli Kərimlinin siyasi karyerasının acınacaqlı sonu:

Sosial şəbəkələrin “qara piar kralı” Əli Kərimli siyasi karyerasını acınacaqlı şəkildə başa vurur. Son 25 ildə keçirilən bütün seçkilərdə rüsvayçı məğlubiyyətə uğrayan AXCP sədri özünü elə bir dalana saldı ki, artıq ağ bayraq qaldırmaqdan başqa yolu qalmayıb.

Artıq nə AXCP, nə Müsavat, nə də ki digər müxalifət partiyaları Qərbin köməyinə bel bağlayır. Hakimiyyətə gəlmək üçün Qərbdən əli üzülən müxalifət ötən seçkilərdə Moskvaya doğru iməklədi və Rusiyada yaranan, SSRİ-ni bərpa etmək istəyən “Milyarderlər İttifaqı”nı dəstəkləməyə, Moskvanın adamı olan, Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməyə də getdi. Elə bu fakt kifayət edirdi ki, Qərb öz tərəfdaşını sürüşkən mövqeli qüvvəyə dəyişmək barədə düşünməsin də.

Artıq müxalifətin özündə də liderlərinin bleflərinə inanmırlar. Ən azı onlar bilirlər ki, uzun illər müxalifətə axan qrantlar Əli Kərimli və digərlərinin şəxsi büdcəsinə daxil olur və inqilab barədə nağıllar yalnız liderlərin varlanması üçün lazımdır.

Artıq Qərb də müxalifəti maliyyələşdirmir. “Porno ulduz” Xədicə İsmayıla mükafat adı altında verilən pullar Əli Kərimli, NİDA və Xədicə İsmayıl arasında qalmaqala səbəb olur. İnqilab adı ilə alver edənlər şəxsi hərisliklə onlara ayrılan pulları bölə bilmirlər. Müxalifətin vəziyyəti acınacaqlıdır.

Vəziyyətdən çıxış kimi müxalifət seçkiləri boykota gedir. Lakin bu qərar da protest düşüncəli insanların narazılığına səbəb olur. Boykot, məğlubiyyətin etirafıdır və bu dəfə məğlubiyyəti liderlərə bağışlamayacaqlar.

1998-ci ildə Azərbaycan müxalifətinin önəmli qismi prezident seçkisini boykot etsə də bu, böyük dövlətlərin seçkidə Heydər Əliyevi qalib kimi tanımalarına mane olmadı. Ümumiyyətlə, boykotun effektli olması üçün iki amilin olması mühümdür: müxalifətin geniş xalq dəstəyinə malik olması və beynəlxalq ictimai rəyin təzyiqləri. Azərbaycanda bu amilin heç biri yetərincə deyil. Seçkidə iştirak müxalifətə nə verir? Cavab sadədir – heç nə. Bu baxımdan, seçkidə iştirak və boykot nəticə etibarilə elə də fərq etmir. Müzakirələri bu istiqamətdə aparmaq məğlubiyyəti qaçılmaz edir. Ukrayna variantı və yaxud “narıncı inqilab” barədə nağıllara da artıq heç kəs inanmır.

Bir amili nəzərə almaq lazımdır ki, Azərbaycanda polisin və digər silahlı hökumət strukturlarının sayı müxalifət tərəfdarlarının sayından dəfələrlə çoxdur. Bu baxımdan müxalifət yeni, çevik konsepsiyalara, düşünülmüş modellərə üstünlük verməli idi. Bunu etmədi. Bu barədə müzakirə aparılırmı? Müxalifət daha çox bir-birinə qarşı savaşa üstünlük verir. Bu isə imitasiya üçün lazımdır, qələbə üçün yox.

Bu gün bəziləri “gizli gündəm”dən danışır. Müxalifət birmənalı olaraq, gündəm yaratmır və ona təqdim olunan havaya oynayır.

Ehtimal etmək olar ki, iqtidarın gizli saxladığı qovluqlarda müxalifətlə bağlı planları da var. Suqsvanq vəziyyətində olan siyasi qüvvə üçün daha bir zərbə faciəli sonluqla nəticələnə bilərdi. Bəs müxalifətin qəfil meydana çıxacaq gündəm savaşına qarşı tədbirləri varmı? Bir qayda olaraq əks-hücuma keçmək, gündəmi dəyişmək və müəyyənləşdirmək iqtidar opponentləri üçün olduqca çətin olur. Müxalifət daha çox ona təqdim olunan gündəmin ardınca “iməkləməklə” məşğul olur.

Nəzərə alsaq ki hakimiyyətin gizli saxladığı qovluqlar daha qalındır, onda təşəbbüsün bu dəfə də iqtidar düşərgəsindən gələ biləcəyini təxmin edə bilərik. Boykot qərarı vermək isə ətalətdən çıxmaq, mühasirəni yarmaq təsiri bağışlamır, məğlubiyyəti rəsmiləşdirməyə hazırlıq fonu yaradır.

Seçkilərə də çox az vaxt qalır. 25 il ardıcıl məğlubiyyətə uğrayan müxalifətin isə limitində ehtiyat variant qalmayıb. Məntiq onu deməyə əsas verir ki, prezident seçkilərindən sonra müxalifət partiyaları ya təşkilatı buraxmalı, ya da yeni sədr seçkilərinə getməlidirlər. Başqa yol qalmayıb…

AVROPA.info-nun ekspert qrupu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...