Gəncədən şikayət var - Vəliyev köçkünləri dinləmir

Gəncədən şikayət var -

Gəncənin Gülüstan qəsəbəsi “AKTA 6” adlanan ərazidə məskunlaşan minlərlə Kəlbəcər köçkünü yolsuzluqdan şikayətçidir. Gununsesi.info-nun yerli bürosunun məlumatına görə, kanalizasiya xəttinin çəkilişi səbəbindən 3 ildir ki, yolları dağılıb. “Amma nə kanalizasiya xətti istifadəyə verildi, nə də yollar bərpa edildi” deyə köçkünlər narazılıq edir.

Kəlbəcərlilər əməkdaşımızla söhbətində problemin həlli üçün dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini desəllər də heç bir nəticə olmayıb. Havaların yağmurlu keçməsi səbəbindən isə palçıq və gölməçələr içində olan yolda insanların hərəkəti mümkünsüzləşib.

Gəncədən şikayət var -


Bu cür havalarda xüsusilə, azyaşlı məktəblilərin dərsə gedə bilməməsi, onların valideynlərinin də kəskin narazılığına səbəb olub.

Köçkünlər saytımız vasitəsi ilə ölkə rəhbərliyindəbn və aidiyyatı qurumlardan “Azərsu” tərəfindən dağıdılımış yollarının bərpa olunmasını tələb edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...