Müxalifətin sabahkı mitinqinin pərdəarxası: Mühacir alveri yoxsa, növbəti xarici donor axtarışı?
Sabah Milli Şura Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası ilə birgə mitinq keçirəcək.
Saat 15:00-ə təyin olunan və "Məhsul” stadionunda baş tutması gözlənilən mitinq öncəsi bəzi müxalifət fəalları sosial şəbəkələrdə paylaşdıqları statuslarda şəhərin mərkəzində icazəsiz mitinq keçirmək təşəbbüsü ilə çıxış edirlər. Bəs görəsən onlar nəyə görə Bakı şəhər İcra Hakimiyyətinin icazəsi ilə "Məhsul” stadionununu deyil, şəhərin mərkəzini seçmək istəyirlər?
Məsələyə Milli Məclisin deputatları Kamilə Əliyeva və Azər Badamovdan münasibət öyrənib. AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib ki, radikal müxalifətin sabaha nəzərdə tutulan aksiyası ictimai dəstək qazanmayacaq: "Onlar özləri də bilirlər ki, bu dəfə də mitinqə gələn olmayacaq. Ölkəmizin 10 milyon əhalisi olduğu halda onların mitinqinə mindən artıq adam qatılmırsa, bu artıq biabırçılıqdır.
Azərbaycan cəmiyyəti ölkədə həyata keçirilən islahatları dəstəkləyir, Cənab Prezident İlham Əliyevə etimad göstərir və bundan öncəki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Cənab İlham Əliyevə səs verəcək. Belə olduğu halda radikal müxalifət fəalları müxtəlif vasitələrlə bu prosesə kölgə salmağa çalmağa çalışırlar. Anlayanda ki, onların icazəli aksiyasına gələn olmayacaq, icazəsiz yolla daxildə təxribat yaratmağa niyyəti güdürlər”.
AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, radikal müxalifətin istər icazəli, istərsə də icazəsiz aksiya keçirmək imkanı yoxdur: "Adama sual verərlər ki, mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib, müsbət cavab almısınız. Belə olduğu halda niyə mitinqin yerini dəyişməyi düşünürsünüz? Cavab aydın və sadədir. Çünki onlar özləri də bilirlər ki, mitinqlərinə çox az sayda insan qatılacaq. Başqa sözlə ifadə etsək, bu dəfə də biabır olacaqlar. Bunu bilirlər və bildiklərinə görə, siyasi riyakarlıq edib, qanunun tələblərini pozmağa, daxildə qarışıqlıq yaratmağa çalışırlar. Heç şübhəsiz onların arzuları bu dəfə də gözlərində qalacaq. Azərbaycan cəmiyyəti öz seçimini çoxdan edib və hər dəfə olduğu kimi, bu dəfə də Cənab Prezident İlham Əliyevə səs verəcək”.
Qeyd edək ki, bundan öncəki icazəli mitinqlərdə bir çox siyasi partiya üzvü olmayan insanın mitinqlərdə iştirak etdiyi ortaya çıxmışdı. Sosial şəbəkələrdə sözügedən mitinqlərdə iştirak edən şəxslərin daha çox xarici ölkələrə mühaicir kimi getmək üçün mitinqlətdə iştirak etdikləri qeyd edilmişdi. Bu işdə isə AXCP və Müsavat partiyalarının rəsmi şəxslərinin əli olduğu iddialar arasındadır.
Bundan başqa öncəki mitinqdə işitrak edənlər arasında terror törətməyə cəhd edən radikal dindarlar da olmuşdu. Belə ki, ötən ilin oktaybrın 10-da DTX-nın yaydığı rəsmi məlumatda İŞİD-çilərlə əlbir olan bir qrup şəxs Milli Şuranın mitinqində iştirak edib terror törətmək istəyərkən yaxalanmışdılar.
Məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir”i seçiblər. Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib
Mövzuya yenidən qayıdacağıq.
781 dəfə oxundu