Vergilər Nazirliyində kütləvi ixtisar - Mikayıl Cabbarovdan daha bir əmr

Vergilər Nazirliyində kütləvi ixtisar -

Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra qısa müddət ərzində qurumda mühüm dəyişikliklər etdi

Xüsusən də sabiq nazir Fazil Məmmədova yaxın bütün yüksək rütbəli məmurları nazirlikdən kənarlaşdırdı.

Mikayıl Cabbarov kütləvi işdənçıxarmadan sonra ixtisarlara da başlayıb. Belə ki, bir neçə gün öncə nazirin əmri ilə ixtisarlara başlanılıb. Bu dəfə ixtisarlara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər olub.

Verilən məlumata görə, 20-yə yaxın vergi müfəttişi işdən kənarlaşdırılıb. O da bildirilir ki, Büdcədənkənar fond hesablı müfəttişlər sırasından növbəti ixtisar gözlənilir. Artıq növbəti ixtisar üçün bir qurup müfəttişin ərizəsi alınıb. Onların seçkidən sonra ixtisara salınacağı bildirilir.(mia.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...