Lənkəranda Rasilə Əliyeva xofu – icra başçısının müavini özünü Zeynal Nağdəliyevin kadrı sayır

Lənkəranda Rasilə Əliyeva xofu –

Lənkəran icra hakimiyyəti başçısı və onun müavini Rasilə Əliyeva ilə bağlı realliqinfo.org saytında dərc olunan məqalədən sonra redaksiyamıza müraciət edənlərin sayı çoxalmaqdadır. Vətəndaşlar icra hakimiyyətinin səlahiyyətlilərinin qanunsuz fəaliyyəti nəticəsində yaranmış probblemlərin ictimailəşməsini və aidiyyatı qurumların rayonda baş verən özbaşınalıqlara diqqət aytırmalarını istəyirlər

Uşaq bağçaları, səhiyyə ocaqları və təhsil müəsisələrinin fəaliyyətinə toxunan müraciət sahibləri qeyd edirlər ki, icra başçısı Taleh Qaraşovun ən yaxını sayılan Rasilə Əliyeva Ləhkəranda narazı kütlənin formalaşmasında əsas məmura çevrilib. Bağçalarda tez-tez kadr dəyişikliyi aparan bu xanım özünə yaxın şəxsləri vəzifələrə təyin etməkdə davam edir. Şəxsi maraqlarını və tələblərini icra edə bilməyən kadrlar isə işdən kənarlaşdırılaraq cəzalandırılır.
Lənkəranda Rasilə Əliyeva xofu – icra başçısının müavini özünü Zeynal Nağdəliyevin kadrı sayırRasilə Əliyevanın qanunsuz əməllərinə dəstək verən icra başçısının, müavinindən olunan şikayətlərə məhəl qoymaması narahatçılıq yaratmaqdadır. Rayonda dil əzbərinə çevrilən Taleh – Rasilə yaxınlığı və işbirliyi təhsil və səhiyyə ocaqlarının yarıtmaz fəaliyyəti ilə sonuclanmaqdadır.

İcra aparatında özünə yaxın şəxsləri vəzifələrə gətirən xanım müavin, bir il ərzində onlarla insanı haqsız olaraq işindən kənarlaşdırıb. Narazılıqlar və saysız müraciətlər Rasilə Əliyevanı əməlindən çəkindirməmiş, əksinə toxunulmaz olduğunu hamıya aşılamışdır. Xanım müavinin toxunulmazlığı bizim də marağımıza səbəb oldu və təbii ki, Taleh Qaraşovun əsas adamı sayılan Rasilə Əliyevanın bu cür səlahiyyət sahibinə çevrilməsi diqqətimizi çəkdi.
Lənkəranda Rasilə Əliyeva xofu – icra başçısının müavini özünü Zeynal Nağdəliyevin kadrı sayır
Realliqinfo.org – un apardığı araşdırmalar zamanı bəlli olub ki, icra başçısının müavini olmamışdan öncə Rasilə Əliyeva orta məktəbdə müəllim işləyib. Onun müəllimlikdən İcra başçısının müavini vəzifəsinə gətirilməsi xüsusi istedadın və ya savadın olması ilə bağlamaq gülünc olar. Bəs səbəb nədir? Orta məktəb müəlliməsinin birdən rayonun önəmli sahələrinə rəhbər vəzifəyə gətirilməsinin arxasında hansı maraqlar dayanır?

Lənkəranda Rasilə Əliyeva xofu –

Realliqinfo.org – a daxil olan məlumatda bildirilir ki, Lənkəranın icra başçısı olan, hazırda Prezidentin ərazi idarəetmə məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin tapşırığı ilə Rasilə Əliyeva icra başçısının müavini təyin olunub. Zeynal müəllimin Lənkəranda icra başçısı işlədiyi müddətdə onun katibəsi ilə yaxın münasibət müəllimənin inanılmaz uğuruna səbəb olub. Zeynal Nağdəliyevin prezident Aparatında məsul vəzivəyə təyinatından sonra Rasilə Əliyeva da Lənkəran icra başçısının müavini vəzifəsinə təyin olunub.

Lənkəranda Rasilə Əliyeva xofu –


Məhz bundan sonra toxunulmazlıq statusu alan xanım rayonda uşaq bağçalarının qəniminə çevrilib. Tez-tez kadr dəyişikliyi edən müavinin istəklərinə “yox” demək olmaz. Rayonda hamı Rasilə Əliyevanın istəklərini həyata keçirir.
Lənkəranda hamı Rasilə Əliyevanın hədə -qorxularına bələddir. Xanım müavin özünü Zeynal Nağdəliyevin yaxını saymaqla verdiyi qərarların icrasını sorğu –sualsız tələb edir. Bu qərarlar qanunsuz olsa belə Taleh Qaraşov tərəfindən dəstəklənir və nəticədə narazılıqlara səbəb olur.

Realliqinfo.org - a daxil olan daha bir məlumatda bildirilir ki, icra başçısının müavinin qohumları cinayət əməlinə görə həbsdə olublar. Lakin bu kimi faktlarla bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə ətraflı məlumat verəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...