Oqtay Şirəliyev yolun sonuna gəldi - vəzifəsindən alınır

Oqtay Şirəliyev yolun sonuna gəldi -

Bu ilin mart ayında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın olub. Taxta konstruksiyadan ibarət olan birmərtəbəli korpusun yanması zamanı palatada olan xəstələrdən 25-i faciəvi şəkildə ölüb.

Gundeminfo.az Minval.İnfo-ya istinadən xəbər verir ki, baş verən dəhşətli hadisə, eyni zamanda olayın ardınca yeyinti faktlarının ortaya çıxması səhiyyə naziri Oqtay Şirəliyevi cəzalı duruma salıb. O, hazırda demək olar ki, vəzifəsini icra etmir. Nazirlikdə qurum rəhbərinə yaxın olan kadrların fəaliyyəti də dondurulmuş vəziyyətdədir. Görünən odur ki, O.Şirəliyevin kreslosu ilə vidalaşmağına az qalıb.

Minval.info-nun əldə etdiyi məlumata görə, ölkə başçısı rəsmi olaraq yeni dönəmə başlayan kimi fəaliyyətinə xitam verəcək nazirlərin başında Oqtay Şirəliyevin ismi gəlir. Yeni Nazirlər Kabinetində onun adının olmayacağı bildirilir.

Eyni zamanda keçmiş nazir statusunu alacaq O.Şirəliyevin əvəzinə bu vəzifəyə gənc perspektivli kadr gətiriləcək.

Onun özünün də bu məlumatlardan xəbərdar olduğu ötən günlərdə özünü büruzə verdi. Bu günlərdə dünyasını dəyişən səhiyyə nazirinin müavinin dəfn mərasimində qalmaqallı hadisə yaşanıb. Dəfndə iştirak edən Oqtay Şirəliyev onun fotosunu çəkən jurnalistə sərt reaksiyası verib. Qəzəbli nazirin tapşırığı ilə 2 nəfər media nümayəndəsinə hücum edib və ona yumruq vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...