Növbə icra başçılarına çatdı – qoca və yorğun kadrlar yeni hökumətlə işləyə bilməyəcək

Növbə icra başçılarına çatdı –


Azərbaycanda keçirilən prezident seçkilərindən sonra yeni bir hökumət komandasının formalaşdırılması prossesinə başlanılıb. Cənab Prezidentin təyin etdiyi kadrlar arasında daha çox gənclər üstünlük təşkil edir. Nazir və komitə sədri təyin edilən yeni şəxslər demək olar ki, gənclərdir. Gənc kadrların əvəzlədiyi nazir və komitə sədrləri isə demək olar ki, kifayət qədər yaşlanmış, yaşları 70 üzərində olanlar idi.

Gundeminfo.az-a bilgi verən mənbə bildirir ki, yaxın zamanlarda kadr islahatları ilə bağlı prosses rayon icra hakimiyyətlərinə də çatacaq. Məlumata əsasən gənclərlə əvəzlənəcək kadrlar arasında ilk olaraq İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların yerinə isə daha gənc kadrların gətiriləcəyi gözlənilir.

Onu da əlavə edək ki, dövlət başçısı bu yaxınlarda etdiyi çıxışında yerli məmurlara xəbərdarlıq etmiş, onların işi ilə bağlı ciddi nəzarət olacağını vurğulamışdı. Məlumat verən mənbə bildirir ki, əhali ilə təmaslarında, o cümlədən də rayonda yerli sahibkarlarla davranışlarında kobud səhvlərə yol verən və ya hərəkətsiz vəziyyətdə olan yuxarıda adları çəkilən yaşlı icra başçıları yaxın günlərdə vəzifələri ilə vidalaşmalı olacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...