“Azərbaycandan bəzi məmurlar ÜAK-ın işinə müdaxilə edirlər” — Komitə sədrindən SENSASSİON AÇIQLAMA

“Azərbaycandan bəzi məmurlar ÜAK-ın işinə müdaxilə edirlər” —


“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin bərpası Rusiyada keçiriləcək “FİFA 2018” Dünya Kubokuna görə ləngiyir”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

A.Rəhimzadə deyib ki, 14 iyun 2018-15 iyul 2018 tarixləri arasında Rusiyada keçiriləcək FİFA Dünya Kubokundan dərhal sonra Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti bərpa olunacaq:

“Sənədləri də hazırlanaraq Rusiya tərəfinə təqdim edilib”.

Komitə sədri qeyd edib ki, Ümumrusiya Azərbaycan Konqresinin adı dəyişdirilməyəcək:

“Mənə elə gəlir ki, Ümumrusiya Azərbaycan Konqresi fəaliyyətini bərpa edəndə adı dəyişdirilməyəcək. Əslində, bu belə də olmalıdır. Vaxtilə Ulu Öndər Heydər Əliyevin hesabına Ümumrusiya Azərbaycan Konqresi yaradılıb. Ona görə də bu ad qalmalıdır”.
Deputat Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı iradlarını bildirib:

“Bəzi adamlar elə hesab edirlər ki, Ümumrusiya Azərbaycan Konqresi bizim hər hansı bir təşkilatımızdır. Ancaq Konqres Azərbaycanın deyil, Rusiyanın təşkilatıdır. Ancaq Azərbaycana meylli olan və bizim vətəndaşımız olmayan adamlar həmin təşkilatda yer alırlar. Yəni, Ümumrusiya Azərbaycan Konqresi Azərbaycandan çıxmış və ölkəmizə yaxşı münasibət bəsləyən insanların təşkilatıdır. İndi bizim demək istədiyimiz əsas məsələ də odur ki, Azərbaycandan olan bəzi məmurlar Ümumrusiya Azərbaycan Konqresinin işinə müdaxilə etməsin. Azərbaycandan bəzi məmurlar Ümumrusiya Azərbaycan Konqresinə açıq göstəriş verirlər ki, bunu belə et vəs. Bu cür müdaxilələr həm Azərbaycandan, həm də Moskvadan olur. Hesab edirəm ki, bu cür hərəkətlər düzgün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...