Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi - TƏFƏRRÜAT/ FOTO

Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi -

Cəmil Quliyevin İTV-nin baş direktorluğundan getməsi ilə televiziyada Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun hökmranlığına son qoyulması prosesinə start verilib.


BakuPost-a daxil olan məlumata görə, Alışanovun TV-dəki adamlarının səlahiyyətləri bütünlüklə əlindən alınıb. Proses isə ilk növbədə AzTV sədrinin TV-dəki "kassir”indən başlanıb.

TV-dəki mənbənin saytımıza verdiyi məlumata görə, müvəqqəti baş direktor gələnə kimi bütün çəkilişlərə nəzarət hər kəsin "qara kassir” adlandırdığı Şahin İbrahimovda olub. Belə ki, qurumlardan gələn tədbir dəvətləri ilə bağlı faks aparatı məhz Ş. İbrahimovun otağında olub. Alışanovun təkidi ilə xəbərlər departamentinin baş redaktorunun, prodüserinin görməli olduğu iş – çəkilişlərin müxbirlərə yazılması işi "pulların qırağa çıxmaması” səbəbi ilə "qara kassir”ə həvalə olunub. Hətta onun otağında pulları yığdığı seyf də mövcud imiş.

Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi -

İddia olunur ki, Alışanovun adamı tədbir dəvəti gələn qurumlara zəng edib, işıqlandırılması üçün konkret məbləğ söyləyirmiş. "Pullu çəkiliş” olduqda isə öz müxbirlərini göndərirmiş. Məhz "pullu çəkiliş” səbəbindən də tədbirlərin müxbirlər arasında paylaşdırılması işinə nəzarəti Ş.İbrahimov ələ keçirib. Qeyd olunur ki, tədbirlər 100-200 manat civarında məbləğə efirə verilirmiş.

C. Quliyevin getməsi, yeni rəhbərliyin kanala gəlməsi ilə isə çəkilişlərin müxbirlər arasında paylanması işi İTV-nin informasiya departamentinin direktoru Ələsgər Vəliyevə tapşırılıb. Ş. İbrahimovun taleyinin necə olacağı isə müəmmalıdır. Əldə olunan xəbərə görə, o, TV-də demək olar ki, görünmür, ara-sıra kanala gəlir və heç kimlə bir kəlmə də kəsmir.

Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi -


"Qara kassir”in kimliyinə gəlincə, sözügedən şəxs TV-də bir neçə il əvvəl koordinator olaraq işə başlayıb. Koordinator isə çəkiliş qrupu üçün maşınların təyin edilməsi, çəkiliş yerinə aparılması və gətirilməsi işinə nəzarət edir. Onun TV-də sürücü və müxbir əlaqəsindən başqa heç bir əlaqəsi olmur.

TV əməkdaşları belə bir şəxsin isə bir müddət əvvəl qəfildən koordinatorluqdan çəkilişlərə qeyri-rəsmi nəzarət edən şəxs vəzifəsinə qaldırılmasının, ona xüsusi otaq ayrılmasının heç kimin diqqətindən yayınmadığını dilə gətirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...