Rüstəm İbrahimbəyov... - Rusun bəyi bizə xidmət eliyəsi idi? - Gülümsəyin, cənablar, gülümsəyin...

Rüstəm İbrahimbəyov... - Rusun bəyi bizə xidmət eliyəsi idi? -

Bəylər türlü-türlü olur... Təbii ki, burada söhbət bəy oğlu bəydən getmir... Saxta bəydən gedir... Şərəfini, millətini satıb bəy adı alanlardan... Belələri Azərbaycanın Rusiya tərəfindən ilk işğalı illərində peyda oldular. Zatı qırıqlara Çar Rusiyası tərəfindən bəy adı verdilər... Onlar da Azərbaycana xəyanət yolunu seçdilər. Rusiyanı "vətən" bilib Azərbaycanın hər qarışından işverənlik etdilər. Hətta sovet dönəmlərində belə birisini görkəmli şairimiz kimi də tanıyırdıq. Hətta "bəy oğlu" olmasını sübut etmək üçün şair təxəllüsünün də yanına BƏY sözünü iri hərflərlə yazmışdılar. O hökumət ki, BƏYLƏRİ özünə düşmən elan etmişdi. Həmin adam da "Xandəmirov çaldı-çapdı mahalı" deyərək işverənlik edirdi... Bəy adı ilə...

İndi də işverənlər var... Onlar təkcə hansısa fərddən iş vermirlər. Millətlərindən iş verirlər. Satırlar vətənlərini, millətlərini... Bir qara qəpiyə... Bəli, bu gün Rüstəm İbrahimbəyovun it kimi yaşadığı həyatın bir qara qəpik qədərində qiyməti belə yoxdur. Kim həsəd aparar ki bu şərəfsizliyə? Arsızlığa, abırsızlığa... Və bu adam... adamcığaz... adamabənzər məxluqat şərəfsiz bir ssenari ilə diqqətə gəlir. O ssenari ki, Tanrının yazdığı, diqtə etdiyi şərtləri ələ salır.

Rüstəm İbrahimov (bəyliyini rus vermişdi, mən aldım - Məhəmməd Ərsoy) adam ola bilməz. Bu adda adam yoxdur. Vallah bütün bunlar söyüş deyil... Qəzəb də deyil. Sadəcə aksiomdur. Belə adam varsa - Yəni bir şərəfsizə kimsə adam deyirsə, əlimi yerə qoyuram. Yenildim...

Adam və kişi olan kəs əgər öz zatını xain kimi nişan verirsə, demək zatı qırıqdır. Çünki ZAT MƏSƏLƏSİNDƏ SƏMİMİYYƏT OLMUR!!!

Yəni kimsə dədəsinin gorunu ŞƏXSƏN söyə bilməz. Söyürsə, ZATI QIRIQDIR!

Və buna görə də kimsə Rüstəm İbrahimovdan yana narahat olmasın. O bizdən yana olmadığı kimi, bizdən biri də deyil...

Ona görə də... Gülümsəyin, cənablar, gülümsəyin...

Ənənəvi it hürüşüdür!

Gücləri çatmır, narahatdırlar... ona görə də hürürlər!

Məhəmməd ƏRSOY
Dia.az-ın baş redaktoru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...