Fazil Məmmədovun daha bir icra başçısı yola salınır - İlqar Abbasov da yaxın günlərdə vəzifəsindən azad ediləcək
[center]
Azərbaycan prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib. Uzun illərdir ki, rayona rəhbərlik edən icra başçısının yaxın günlərdə vəzifəsindən azad ediləcəyinə dair Gundeminfo.az-a məlumat daxil olub. Məlumata əsasən Bakı rayonları üzrə vətəndaşlarla təmaslar, yerli icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı olaraq monitorinqlər həyata keçirilib. Aparılmış rəy sorğularının nəticələri əsasında İlqar Abbasovun fəaliyyəti mənfi dəyərləndirilib. Məlumata əsasən sabiq vergilər naziri Fazil Məmmovla biznes ortaqlığında adı hallanan icra başçılarından biri də İlqar Abbasovdur. İ.Abbasovun böyük biznes şəbəkəsinin olduğuna dair məlumatlar uzun zamandır ki, mediada yer almaqdadır. Məlumatlara əsasən rayon ərazisində həmçinin aparılmış abadlıq işləri ilə bağlı da büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə dair bir sıra qanunsuzluqlar aşkarlanıb.
Onu da əlavə edək ki, bu gün dövlət başçısının sərəncamı ilə Gədəbəy rayon icra başçısı Ramiz Yediyarov tutduğu vəzifəsindən azad edilib. Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, yaxın günlərdə sabiq vergilər nazirinin himayə etdiyi İlqar Abbasov da işi ilə vidalaşmalı olacaq. Bundan başqa xatırladaq ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov da tutduğu vəzifəsindən azad edilib. Faktiki olaraq aparılan islahatlar yaxın günlərdə Suraxanı rayonuna da çatacaq və Fazil Məmmədovla yaxınlığı ilə tanınan İlqar Abbasov da tutduğu postu ilə vidalaşmalı olacaq. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
1561 dəfə oxundu