Deputat Elxan Süleymanovla bağlı ilginc iddialar - Göyçayda körpü niyə uçub?

Ucar sakini Gundeminfo.az-a Milli Məclisin deputatı Elxan Süleymanovla bağlı ilginc iddialarla dolu olan məlumat yollayıb. Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Purqafari Azər Ələsgər oğlu tərəfindən araşdırma xarakterli məlumat yollayıb.
Millət vəkili Elxan Süleymanov öz şəxsi biznesini gücləndimək məqsədi ilə Göyçay rayonunda 500 ailənin iş yerini qapadaraq çörəyinə bais olmuşdu. Belə ki, Göyçay rayon ərazisində 10 yerdə qum-çınqıll karyerini Elxan Süleymanov bağlatdırıb. Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir. Əslində həmin kariyerlər qanunu fəaliyyət göstərirdi.
Ancaq Elxan Süleymanov özünə məxsus Qəbələ rayon ərazisində yerləşən kariyerin məhsullarının satışını sürətləndirmək üçün Göyçay rayonunda yerləşən 10 kariyerin fəaliyyətini dayandırmağı qarşısına məqsəd qoydu və nail oldu. Guya Elxan Süleymanov təbiətin qayğısına qalır gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır. Təbiətin qayğısına qalmaq imicini formalaşdıran Elxan Süleymanov elə əslində özü təbiətin düşməni hesab edilməlidir. Çünki deputat Elxan Süleymanov Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki, Göyçay çayı həyatyanı sahəyə düşüb. Bu isə dünyada analoqu olmayan bir özbaşınalıq, qanunsuzluqdur ki, bunu məhz adına millət vəkili deyilən Elxan Süleymanov edib.
Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldırıb ki, nəticədədə bu gün Göyçay rayonunda körpünün uşması baş verib. Göyçay körpüsü 03 may 2018-ci il tarixdə uçmuşdur. Bunun səbəbinin birini isə başa Elxan Süleymanovun çayın ortasında inşa etdirdiyi villalarda axtarmaq lazımdır. Sual olunur ki, Göyçay çayında fəaliyyət göstərən 10 qul-çınqıl kariyerinin fəaliyyəti qanunsuzdusa bəs Elxan Süleymanova məxsus Qəbələ rayonundakı kariyer necə qanunu fəaliyyət göstərə bilər?
Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metir olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsüdə əhatəyə alınmışdır. Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı. Elxan Süleymanov öz biznesini gücləndirmək məqsədi ilə Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla süni bahalaşmaya nail olmuşdur. Belə ki, əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata Elxan Süleymanova məxsus kariyerdə satılır. Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus kariyerdən qum-çınqıl alırlar.
Bilmək olmur Elxan Süleymanov mülkədardı yoxsa millət vəkili? Elxan Süleymanov Şamaxı rayonundan deputat seçiləsə də Göyçay rayonunda doğulub göyçaylıdır. Onun Göyçayda obyektləri, villalar var. İnanırıq ki, bu faktlar araşdırılacaq Göyçay çayının mühafizə zolağında qanunsuz 6 villa inşa etdirmiş, özünə məxsus Qəbələ rayonunda yerləşən kariyeri işlətmək məqsədi ilə 500 ailənin iş -çörək yeri olan Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdıran Elxan Süleymanovla bağlı araşdırmalar aparılacaq.
Gundeminfo.az-a məlumat yollayan Azər Purqafari Elxan Süleymanovun Göyçay çayının üzərində qanunsuz inşa etdirdiyi 6 villanın fotoşəkillərini də yollayıb.
983 dəfə oxundu