Masazır sakinləri icra başçısından imdad diləyir - FOTOLAR - VİDEO

Masazır sakinləri icra başçısından imdad diləyir -

İki gündür ki, Abşeron Rayon Masazır kəndinin Akim Abbasov küçəsi dağıdılıb. Gundeminfo.az-a müraciət edən vətəndaşlar deyir ki, mərkəzi küçələrdən biri olan bü küçədə yol uzun illər əvvəl yerli iş adamları tərəfindən ABEŞ Yaşayış massıvınə qədər olan hissəsi asfaltlanıb. "Onsuz da dağılıb getmiş, birtəhər təmir etdirib hərəkət etdiyimiz yolu indi də qazıb dağıdıblar. Asfalt örtüyü dağılıb. Bəzi məmurların məsuliyyətsiliyi səbəbindən əsas mərkəzi küçə olmasına baxmayaraq plansız şəkildə satılan torpaqlar yolu daraldıblar" deyə sakinlər bildirib.

Gundeminfo.az-ın əməkdaşları hadisə yerində olarkən sakinlərin dediklərinin həqiqət olduğunun şahidi olublar. Akim Abbasov küçəsinin elə yerləri var ki, hətta 1 metr yarıma bərabərdir. Ən dəhşətli hal odur ki, küçənin girişində yolun Masazır gölü yamacında evlər sürüşmə səbəbindən dağılıb. Lakin küçənin girişində sürüşmə zonasında "Xəzri" MMC hündürmərtəbəli bina inşa edib. Adıçəkilən ərazidə yaşayan sakinlər iddia edirlər ki, bu yamacda nəinki hündürmərtəbəli, ümumiyyətlə tikinti işləri aparmaq qadağandır.
Masazır sakinləri icra başçısından imdad diləyir -

Əraziyə dəfələrlə Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlar tərəfindən baxış keçirilib. Bu ərazidə faktiki olaraq evlər dağılıb. İndi isə "Xəzri" MMC sürüşmə zonasında bina inşa edir. Binanın qarşısındakı yolun da cəmi 2 metr olmasını nəzərə alsaq o zaman bu ərazilərdə sürüşmə yüklənmə səbəbindən hər an aktivləşə bilər. Nəticə eütibarilə də yüzlərlə ailənin həyatı təhlükə altına düşər.
Masazır sakinləri icra başçısından imdad diləyir -

Sakinlər deyir ki, bu binalara kim rəsmi olaraq icazə veribsə heç bir qayda qanun nəzərdə tutulmayıb. Binanın önündən hər gün minlərlə insan piyada və nəqliyyat vasitələri ilə hərəkət edir. İstənilən an orada aparılan tikintidən sakinlərə ziyan dəyə bilər.
Masazır sakinləri icra başçısından imdad diləyir -
Masazır sakinləri icra başçısından imdad diləyir -
Masazır sakinləri icra başçısından imdad diləyir -

Əməkdaşımızla söhbətində sakinlər deyib ki, bina istifadəyə verildikdən sonra yeraltı dayanacağı olmadığından orada dayanan avtomobillər yolda sıxlıq yaradacaqlar.
Masazır sakinləri icra başçısından imdad diləyir -

Saytımız vasitəsilə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya müraciət edən sakinlər mövcud şəraitə müdaxilə etmələrini istəyirlər. Onlar Akim Abbasov küçəsinin hansı qurum tərəfindən yararsız hala salınmasından narahatdırlar və su, kanalizasiya adı altında aparılan işlərə hansı dövlət qurumu cavabdeh olduğu nu öyrənmək istəyirlər. Sakinlər qazıntıdan sonra yolun təmir edilməyəcyindən narahdırlar. "Biz Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək bildiririk ki, bu yoldan hər gün körpə, qadın, yüzlərlə məktəbli hərəkət edir. Yol bərbad halda olduğundan insanlar onsuz da əziyyət çəkirlər, bu dağıntıdan sonra isə yolun taleyi necə olacaq" deyə müraciətlərində bildirirlər.

Mövzu ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin və əlaqədar qurumların da mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...