"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" - Elxan Süleymanov ilginc faktlar açıqladı

"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -

"Avropa Sabitlik Təşəbbüsü Avropa Şurasındakı lobbiçilik fəaliyyətinə görə (xüsusilə Azərbaycana qarşı məruzələrin yazılması məqsədi ilə) 2012-2018-ci illər arasında Soros Fondundan 100 minlərlə dollar dəyərində maliyyə vəsaiti qəbul edib"


Millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanov AŞPA-da Azərbaycan əleyhinə qurulan oyunlarla bağlı ciddi faktlara istinad etməklə məqalə yazıb. Musavat.com onun yazısını təqdim edir:

"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
***

- Azərbaycan uzun illər ərzində anti-Azərbaycan qüvvələrin birgə səyləri nəticəsində AŞPA-da siyasi məhbus məsələsi ilə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz qalmışdır. Avropa Şurasının siyasi məhbus anlayışının meyarlarının mövcud olmadığı bir vəziyyətdə 12 ildən artıq müddət ərzində bu qurumun üzvü olan dövlətlərdən yalnız Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürülmüş, sənədlər qəbul edilmişdir.


Bu məsələ 2005-ci ildə bir qədər səngisə də, 2009-cu ildə yenidən gündəmə gətirildi və anti-Azərbaycan qüvvələr 2009-cu ildə AŞPA Hüquqi Məsələlər Komitəsində Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzənin hazırlanmasına dair qərar qəbul edilməsinə nail oldu. Almaniyalı deputat Kristof Ştrasser Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzəçi təyin edildi. Hüquqi Məsələlər Komitəsi sonradan Ştrasserə ikinci mandat verərək onu həm də siyasi məhbusların müəyyənləşdirilməsi üzrə məruzəçi təyin etdi.


Beləliklə, AŞPA-da siyasi məhbus məsələsi ətrafında paradoksal bir vəziyyət yarandı: “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsi və Azərbaycanda siyasi məhbusların izlənilməsi eyni bir deputata – Kristof Ştrasserə həvalə edildi. Belə bir qərarın qəbul edilməsi Avropa Şurası strukturlarında Azərbaycana münasibətdə qərəzli mövqeyin və ikili standartların mövcudluğunu bir daha nümayiş etdirmiş oldu.


Ştrasserin siyasi məhbusların müəyyənləşdirilməsi məruzəsi AŞPA-nın 2012-ci ilin oktyabr sessiyasında gərgin müzakirələrdən sonra 89 səs lehinə, 89 səs əleyhinə olmaqla prosedur qaydalarının mükəmməl olmaması səbəbindən hüquqi baxımdan qəbul edilmiş sayıldı. Bu səsvermə AŞPA-nın məsələ ilə bağlı etibarlılığını sarsıtdı və Assambleyada ciddi parçalanma olduğunu sübut etdi. Halbuki, belə ciddi məsələlər 2/3 səs çoxluğu ilə qəbul edilməlidir.


Lakin Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair sırf anti-Azərbaycan xarakteri daşıyan qərəzli məruzəsi 2013-cü ilin yanvar sessiyasında ciddi səs fərqi ilə rədd edildi – Assambleya üzvlərinin böyük əksəriyyəti bu qərəzli məruzənin əksinə səs verdi. Anti-Azərbaycan qüvvələr Ştrasserin məruzəsinin qəbul edilməməsindən qəzəblənərək müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışdılar. Hüquq Məsələləri Komitəsində 2014-cü ildə “Azərbaycanın Avropa Şurasına Sədrliyi: İnsan hüquqları ilə bağlı nə edilməlidir?” məruzəsinin hazırlanmasına nail oldular. Lakin məruzə Hüquq Məsələləri Komitəsində qəbul edildikdən sonra məruzəçi Alain Desteks müstəqil mövqe nümayiş etdirdiyinə görə anti-Azərbaycan qüvvələrin təzyiqləri və aparılan qərəzli kampaniyalar fonunda məruzəçi postundan istefaya məcbur edildi.

Nəhayət, Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər. Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə qarşı şər-böhtan kampaniyasının başlanılması, sanksiyaların tədbiq edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əleyhinə səs vermiş üzvlərin Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da korrupsiyaların olması barədə Avropa Stabillik Təşəbbüsü adlanan QHT tərəfindən bir neçə hesabat hazırlandı. Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılması məsələsi gündəliyə gətirildi və Müstəqil Kənar İstintaq Orqanının yaradılması barədə qərar qəbul edildi. Qeyd edilməlidir ki, anti-Azəırbaycan qüvvələrin və AŞPA katibliyinin rəhbəri Savitskinin bütün cəhdləri ilk növbədə Ştrasser məruzəsinin yenidən yazılmasına xidmət edirdi. Lakin İstintaq Orqanı öz hesabatında etiraf edir ki, Ştrasser məruzəsinin səsverməsi zamanı səslərin pulla alınması məsələsinə dair nə Katibliyin əməkdaşları, nə də deputatlardan heç bir dəlil və sübut əldə edə bilməmişdir, səsvermənin nəticələrinə heç bir təsir olmaması qənaətinə gəlmişdir.


Buna baxmayaraq Hollandiyalı deputat Piter Omtzigt AŞPA-da yenidən Azərbaycanda siyasi məhbus məsələlərinə dair məruzənin hazırlanması barədə qətnamə layihəsi irəli sürdü. Artıq Büro bu məsələ ilə bağlı qərar qəbul edib və Assambleyanın iyun sessiyasında Azərbaycan üzrə siyasi məhbus məsələlərinə dair məruzəçi təyin ediləcək.
Vurğulanmalıdır ki, Piter Omtzigt Azərbaycana qarşı korrupsiya iddiaları kampaniyası zamanı Azərbaycanın düşmənlərinin lideri olmuş və daima Azərbaycana qarşı qərəzli iddialarla çıxış etmişdir. Hələ 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan “Erməni Əlaqəsi” hesabatında aşkar edilmişdir ki, yeni qətnamə layihəsinin müəllifi hollandiyalı Piter Omtzigt Soros fondu tərəfindən maliyyələşdirilir və ermənilərə xidmət edir.


Faktlar birmənalı şəkildə göstərir ki, Azərbaycanın beynəlxalq imicinə uzun illərdir ki zərbə vuran korrupsiya iddialarının müəllifi olan və Azərbaycana qarşı şər və böhtan kampaniyası aparan Avropa Sabitlik Təşəbbüsü təşkilatı Soros tərəfindən maliyyələşdirilir.


"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -


İstintaq Orqanının yekun hesabatında Avropa Sabitlik Təşəbbüsünün sədri Cerald Knaus təşkilatı beynəlxalq QHT kimi təqdim etsə də, təşkilat Avropa Komissiyası və Avropa Parlamentində 22 dekabr 2014-cü ildə lobbi təşkilatı kimi qeydiyyatdan keçmişdir. Avropa Sabitlik Təşəbbüsü Avropa Şurasındakı lobbiçilik fəaliyyətinə görə (xüsusilə Azərbaycana qarşı məruzələrin yazılması məqsədi ilə) 2012-2018-ci illər arasında Soros Fondundan 100 minlərlə dollar dəyərində maliyyə vəsaiti qəbul etmişdir. Belə ki, Cerald Knaus İstintaq Orqanındakı dinləməsi zamanı İstintaqı aldadaraq Soros Fondundan 2012-ci ildə 39.000 dollar qəbul etdiyini bildirmişdir. Əslində isə bu rəqəm 100.000 dollardır. “Siyasi məhbuslar məsələsi üzrə Avropa Şurasının effektliliyinin artırılması” məqsədi ilə Avropa Sabitlik Təşəbbüsü 2013 və 2014-cü illərdə hər il üçün Soros Fondundan 150.000 dollar qrant almışdır. Avropa Sabitlik Təşəbbüsünün Soros Fondu tərəfindən maliyyələşdirilməsini və həmin fond tərəfindən həyata keçirilmiş pul köçürmələrini təsdiq edən bank sənədlərinin sürəti qeyd edilənlərlə bağlı bütün şübhələri aradan qaldırır.

Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması və Azərbaycanı siyasi poliqona çevirmək istəyi dayanırdı. Bunun üçün anti-Azərbaycan qüvvələr səfərbər edilmişdi... Bu qüvvələrə uzun illərdir ki AŞPA-da Azərbaycana qarşı qərəzli mövqedə olan Avropa Şurasının Baş Katibi Savitski rəhbərlik edir.

Elxan Süleymanov,
12 iyun 2018-ci il



***

Məqalənin ingilis dilində olan versiyası:



PACE again wants to turn Azerbaijan into a political battlefield



Elkhan Suleymanov,
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -
"AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir" -




As a result of the joint efforts of anti-Azerbaijani forces for many years, Azerbaijan has been subjected to biased attitudes and discrimination regarding the issue of political prisoners in PACE. In the absence of the criteria in the Council of Europe for defining the political prisoners, the allegations were made and the documents were adopted for more than 12 years that among the member states of this organization only in Azerbaijan there are political prisoners.

Although this issue was slightly decreased in 2005, it was brought back on the agenda in 2009. In that year the anti-Azerbaijani forces managed to have the decision be adopted in PACE Committee on Legal Affairs regarding the preparation of a report on the follow-up to the issue of political prisoners only in Azerbaijan out of 47 Member States of the Council of Europe. German MP Christoph Strasser was appointed as a rapporteur on the follow-up to the issue of political prisoners in Azerbaijan. The Legal Affairs Committee then gave Strasser the second mandate and appointed him as a rapporteur on the definition of political prisoners.

Thus, paradoxical situation arose in connection with the issue of political prisoners in PACE: Two tasks, namely the definition of the criteria for the "political prisoner" and the follow-up to the issue of political prisoners in Azerbaijan were entrusted to one MP, Christoph Strasser. Adoption of such a decision once again demonstrated the biased attitude and the existence of double standards in the structures of the Council of Europe towards Azerbaijan.

During PACE 2012 October Session, after tense debates, Strasser's report on the definition of political prisoners was considered legally adopted by 89/89 votes being against and for, due to the imperfect rules of procedures. This vote undermined the credibility of the PACE on this issue and proved that there is a serious disruption in the Assembly. However, such important issues should be adopted by 2/3 majority of votes.

However, Strasser's biased report on the follow-up to the issue of political prisoners in Azerbaijan, which was of merely anti-Azerbaijani nature, was denied by serious vote margin in 2013 January Session - the vast majority of the Assembly members voted against this biased report.

The anti-Azerbaijani forces became furious over the denial of Strasser's report, and thus, with various pretexts and means tried to bring back the allegations on the agenda as if there are political prisoners in Azerbaijan. In 2014, they managed to achieve the preparation of the report “Azerbaijan’s Chairmanship of the Council of Europe: what follow-up on respect for human rights?” in the Legal Affairs Committee. However, after the adoption of the report in the Legal Affairs Committee, because of his independent position, the rapporteur Alain Destexhe was forced to resign as a rapporteur as a result of pressure and biased campaigns of anti-Azerbaijani forces.

Finally, the anti-Azerbaijani forces, who were convinced of the impossibility of achieving malicious plans against Azerbaijan through putting the reports on the agenda, namely through internationally recognized democratic elections, chose a new strategy. The imposition of sanctions and the launch of smear and slander campaign against and the punishment of the PACE members, who cooperated with Azerbaijan and demonstrated independent position during the discussions on the issues related to Azerbaijan, should have stood in the centre of this strategy. For this purpose, with the support of the PACE secretariat, the allegations were made by those forces that as if the members, who voted against the Strasser report, have been party in the business with Azerbaijan of corruptive nature, and several reports were prepared by the European Stability Initiative NGO on the corruption within PACE. Thus, the creation of an Independent External Investigation Body on the allegations of corruption within PACE was put on the agenda and the decision was made on establishing the Independent External Investigation Body. It should be noted that all attempts by the anti-Azerbaijani forces and Sawicki, Head of the PACE Secretariat, were primarily intended to reproducing the Strasser report.

However, the Investigation Body acknowledges in its report that no evidence came from the Secretariat members or the parliamentarians regarding the vote buying during the vote on the Strasser report and concluded that there has been no influence on the voting results.

Nevertheless, Pieter Omtzigt, MP from Netherlands, has submitted a motion for resolution on preparing a report on the issue of political prisoners in Azerbaijan again in PACE. The Bureau has already made a decision on this issue and a rapporteur on the issue of political prisoners in Azerbaijan will be appointed during the June Session of the Assembly.

It should be emphasized that Pieter Omtzigt has been the leader of Azerbaijan's enemies during the campaign of corruption allegations against Azerbaijan and always demonstrated biased position against Azerbaijan. “The Armenian Connection Report”, prepared by the European Strategic Intelligence and Security Centre, found that Dutch MP Peter Omtzigt, the author of the new motion for resolution, is funded by the Soros Foundation and serves Armenians.

The facts clearly show that the European Stability Initiative, which is the author of the allegations of corruption, damaging the international image of Azerbaijan for many years, and which orchestrates smear and slander campaign against Azerbaijan, is funded by Soros.





Although in the final report of the Investigation Body, Gerald Knaus, Chairman of the European Stability Initiative, presented the organization as an international NGO, this organization has been registered as a lobby organization in the European Commission and the European Parliament on December 22, 2014. The European Stability Initiative has received hundreds of thousands of dollars from the Soros Foundation between 2012 and 2018 for lobbying activities (particularly, for preparing reports against Azerbaijan) in the Council of Europe. Thus, Gerald Knaus lied to the Investigation Body during his hearing and said that he has received $ 39,000 from the Soros Foundation in 2012. Indeed, this figure is $ 100,000. In 2013 and 2014, the European Stability Initiative has received $ 150,000 grants from the Soros Foundation for each year to increase the effectiveness of the Council of Europe on the issue of political prisoners. The copy of the bank documents, which confirms the financing of the European Stability Initiative by the Soros Foundation and the payments carried out by that foundation, eliminates all doubts regarding the aforementioned.

Thus, the desire to bring back the issue of political prisoners on the agenda and to turn Azerbaijan into a political battlefield were standing behind the creation of the Investigation Body on the allegations of corruption within PACE. The anti-Azerbaijani forces were mobilized for this purpose. These forces are led by the PACE Secretary General Sawicki, who has been demonstrating biased position against Azerbaijan in PACE for many years.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...