Bayılda sökülən qecəqonduların yerində ev tikib satanlar - Eldar Əzizovun onlardan xəbəri yoxdur, yoxsa...

Bayılda sökülən qecəqonduların yerində ev tikib satanlar -

Bakının Səbail rayonu, 2-ci Salyan küçəsində 2014-cü ildə söküntü planına salınaraq sökülən evlərin yerində yeni evlər tikilir. Artıq fırıldaqçı “makler”lər tərəfindən bir gecədə 700-800 kv metr ərazidə iki ev inşa olunaraq satılıb. Növbəti evin tikilməsi üçün əraziyə daş tökülsə də, yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərindən sonra onları yığışdırıblar.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına 2-ci Salyan küçəsində yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, 4 il əvvəl bu küçədə Avropa Oyunları ilə əlaqədar 20-30 ev sökülüb və sakinlərə hər kvadratmetrə görə 1500 manatdan kompensasiya da verilib. Lakin sonradan ərazidəki evlərin söküntüsü işləri dayandırılıb. Bundan istifadə edən fırıldaqçılar həmin ərazidə yeni evlər tikib satmaqla qazanc əldə etmək istəyirlər.

Bayılda sökülən qecəqonduların yerində ev tikib satanlar -
Bayılda sökülən qecəqonduların yerində ev tikib satanlar -


“Hazırda həmin ərazidə 40-50 ev qalıb, yəqin ki, onlar da bir müddətdən sonra söküləcək. Sökülmüş evlərin yerində yeni evlərin tikilməsi dövlət büdcəsinə 1 milyon manatdan artıq ziyan deməkdir. Çünki belə çıxır ki, söküntü işləri bərpa edilsə dövlət yenidən bu evlərə görə yenə kompensasiya verilməlidir. Biz bununla bağlı Səbail Rayon İcra Hakimiyyətinə, digər orqanlara dəfələrlə müraciət etmişik. İcra Hakimiyyətinə qəbula da getmişik, sahiblərinə kompensasiya verilərək sökülmüş evlərin yerində yeni “gecəqonduların” tikildiyi haqda fotoları, sübutları təqdim etmişik. Amma tədbir görən olmayıb. Deyirlər ki, evlərin sökülməsi haqda gərək məhkəmə qərarı olsun”-şikayətçi Afət Abbasova bildirir.

Şikayətçi deyir ki, həmin ünvanda növbəti evin tikintisi üçün mişar daşları tökülsə də, aramsız şikayətlərdən sonra onların daşınmasına nail ola bilib.

Bayılda sökülən qecəqonduların yerində ev tikib satanlar -
Bayılda sökülən qecəqonduların yerində ev tikib satanlar -


Şikayətlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə zəng etsək də, cavab ala bilmədik.

Xatırladaq ki, Səbail rayonu ərazisində söküntü işlərinə 2014-cü ilin sonlarından başlanılıb. Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivində plana düşən tikililərin, o cümlədən, Arif İsmayılov, 2-ci Salyan, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsi nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...